Mədəniyyət

Respublika Kinematoqrafçılar İttifaqı Katibliyinin geniş tərkibdə iclası keçirilib

8 İyul 2022 20:22
Baxış: 953
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı Katibliyinin geniş tərkibdə iclası keçirilib.

İttifaqın mətbuat xidmətindən bildirilib ki, iclasda 2 avqust Milli Kino Günü və ARKİ - nin 10 illik yubileyi, kinonun bu günkü durumu haqqında, Zəfər Günü ilə bağlı tədbirlərin keçirilməsi  məsələləri müzakirə olunub. İttifaqın sədri Şəfiqə Məmmədova əlamətdar günlərlə bağlı görülən və görüləcək təşkilati işlər barədə məlumat verib. Daha sonra İttifaq tərəfindən hər il təqdim edilən Milli Kino Mükafatı və tanınmış kino xadimlərinin ARKİ tərəfindən fəxri adlara və mükafatlara təqdim olunması ilə bağlı məsələlər müzakirə olunub.

İclasın gedişində ARKİ - nin İdarə Heyətinin katibləri Oktay Mirqasım, Vaqif Mustafayev, Ayaz Salayev, Cəmil Quliyev, Müşfiq Hətəmov, Nəriman Məmmədov, Azər Quliyevin təklif və mülahizələri dinlənilmişdir. Müzakirələrdə tanınmış kino xadimləri  Rafiq Nəsirov, Rafiq Qəmbərov,Əbdül Mahmudov və Şamil Əliyev fəal iştirak ediblər.

Daha sonra iclasda veteran kino xadimləri, yubiliyarların mükafatlandırılması məsələləri müzakirə edilib  ARKi - yə yeni üzvlər qəbul olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.