Azərbaycan tarixinə dair ilk fundamental atlas nəşr olunub
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Prezident İlham Əliyevin tarix xəritələrinin dərc olunması çağırışına cavab olaraq, bu günlərdə "Azərbaycan tarixi xəritələrdə" atlası nəşr olunub.
"Azərbaycan Tarixçiləri" İctimai Birliyindən verilən məlumata görə, Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunan atlasın elmi redaktoru, "Ön söz"ünün müəllifi və naşiri AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı Yaqub Mahmudov, layihə rəhbəri isə Vüqar Ağayevdir.
"Azərbaycan tarixi xəritələrdə" atlası Azərbaycan tarixinə dair ilk mükəmməl və geniş həcmli atlasdır. Atlasa ən qədim zamanlardan Vətən müharibəsinə qədərki dövrdə dünyanın müxtəlif ölkələrində dərc olunan və Azərbaycanın dövlətçilik tarixini əks etdirən ən mühüm xəritələr daxil edilib. Atlasda ilk dəfə olaraq Şimali Azərbaycanda çar Rusiyası dönəmində mövcud olan quberniya və qəzaların xəritələri təqdim edilir. Çar Rusiyası işğalları dövründə hərbi topoqrafların hazırladığı xəritələrdəki toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir və bu, sübut edir ki, ermənilər Cənubi Qafqazın aborigen etnosu - ən qədim yerli əhalisi deyillər.
Yeni nəşrdə Azərbaycan dövlətlərinin, o cümlədən Eldənizlər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi və Əfşar imperiyalarının xəritələri öz əksini tapıb. Atlasda Azərbaycan tarixçilərinin "Azərbaycan SSR xəritələri" atlası (1972), ilk "Azərbaycan tarixi atlası" (2007), ikicildlik "Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası" (2014) və "Azərbaycan Respublikasının Milli Atlası"nda (2014) çap olunan xəritələri də verilib. Ən maraqlı xəritələrdən biri isə Azərbaycan dövləti olan İrəvan xanlığının (1747-1828) xəritəsidir. Çünki müasir Ermənistan Respublikasının bütün ərazisi bu xanlığın torpaqlarıdır.
Ümumiyyətlə, atlasa 198 xəritə, o cümlədən böyük türk alimi Mahmud Kaşğarinin "Divanü lüğat-it-türk" əsərindəki dünya xəritəsi (1076), italyan kartoqraf Fra Mauronun "Mappa mundi" adlı dünya xəritəsi (1459), Qafqaz Hərbi Dairəsinin xəritəsi (1903) və Azərbaycan Xalq Cümhuriyyətinin xəritəsi (1919) daxil edilib. Bu xəritələr sübut edir ki, 1918-ci ilə qədər Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb.
Qeyd edək ki, "Azərbaycan tarixi xəritələrdə" atlası Vətən müharibəsində qazanılan tarixi qələbənin nəticələrini əks etdirən xəritə (2021) ilə tamamlanır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Milli Musiqi Günü münasibətilə Gəncə Dövlət Filarmoniyasında konsert proqramı keçirilib (Foto)
-
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının qala-açılış konserti keçirilib - (Foto)
-
Züleyxa İbad Berlində üç rəssamı bir araya gətirən "Tanış yadlar" sərgisini təqdim edib - (Foto)
-
“Dayının yuxusu” povesti əsasında eyniadlı tamaşanın premyerası keçirilib - (Foto)
-
Musiqi, balet və teatrın dünya ulduzları Bakı Beynəlxalq İncəsənət Festivalında - (Foto)
-
Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək
XƏBƏR LENTİ
-
Hərbçimizlə erməni qadın arasında dialoq - (Video)
-
Trampdan Rusiyaya qarşı sərt addım - İmzaladı
-
Elgizin görüntüsü viral oldu – (Video)
-
Tural İsmayılov yeni vəzifəyə təyin olundu
-
Elşad Namazov vəzifəsindən getdi
-
"Volkswagen" 200 mindən çox avtomobili geri çağırır – SƏBƏB
-
Həbsdə ölən keçmiş icra başçısının binası satışa çıxarıldı
-
"Qarabağ"ın 5 legioneri milli komandalarına çağırıldı
-
Tramp üçüncü prezidentlik dövründə əldə etdiyi 25 nailiyyət - Siyahı - (Foto)
-
Bakıda qadına 12 bıçaq zərbəsi vuruldu: 17 yaşlı oğlu tutuldu
-
Bu xanıma yüksək vəzifə verildi
-
On beş milyon azadlıq mərmisi
-
"Həmin oğlan uşaqlarının valideynini “öldürmək” istəyirəm" - (Video)
-
Harri Keyn Bundesliqada tarix yazdı
-
Pakistanda terror aktında ölənlərin sayı 31-ə çatdı
-
Milli Musiqi Günü münasibətilə Gəncə Dövlət Filarmoniyasında konsert proqramı keçirilib (Foto)
-
Tramp: ABŞ və Danimarka Qrenlandiya ilə bağlı razılaşdı
-
Əfsanəvi futbolçu vəfat etdi
-
Şəbnəm Tovuzlu fanatına ağız büzdü – (Video)
-
Azərbaycanda 90 məktəblə bağlı qərar verildi
-
30 illik işğaldan tam suverenliyə - Prezident İlham Əliyevin böyük Zəfəri
-
Bundesliqa: “Bavariya” darmadağınla qalib gəldi
-
Nərgiz Rüstəmovaya yüksək vəzifə verildi
-
Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi





