Harri Keyn Bundesliqada tarix yazdı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Bavariya"nın hücumçusu Harri Keyn Bundesliqada 100-cü qolunu vuraraq tarixə düşüb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 33 yaşlı ingiltərəli futbolçu bu göstəriciyə cəmi 98 oyunda çatıb və bununla Bundesliqada 100 qola ən tez çatan futbolçu olub.
Keyn rekordu "Bavariya"nın "Union Berlin" üzərində 7:0 hesablı qələbəsi zamanı müəyyənləşdirib. O, 39-cu dəqiqədə penaltini dəqiq yerinə yetirərək 100-cü qolunu vurub. Hücumçu ikinci hissədə daha bir dəfə fərqlənərək Bundesliqadakı qollarının sayını 101-ə çatdırıb.
Keyn bununla 1970-ci illərdə "Köln"də çıxış etmiş Diter Müllerin 129 oyunluq rekordunu əhəmiyyətli dərəcədə yeniləyib.
"Bundesliqada 100 qol həddinə çatmaqdan çox qürur duyuram. Mən bunu Premyer Liqada da etmişdim və indi başqa bir liqada buna nail olmaq mənim üçün xüsusi hissdir", - Keyn bildirib.
İngiltərə millisinin kapitanı 2023-cü ilin yayında "Tottenhem Hotspur"dan "Bavariya"ya keçib. O, Almaniyadakı ilk mövsümündə 36, 2024-2025 mövsümündə 26, ötən mövsüm isə 35 qol vuraraq hər üç mövsümdə Bundesliqanın bombardiri olub.
Keyn daha əvvəl "Bavariya"da da sürətli qol rekorduna imza atıb. O, 2025-ci ilin sentyabrında klubdakı 104-cü oyununda 100-cü qolunu vuraraq XXI əsrdə Avropanın beş aparıcı liqasında bir klub üçün bu həddə ən tez çatan futbolçu olmuşdu.
Keyn "Bavariya"nın heyətində keçirdiyi 154 oyunda 151 qola imza atıb.
Hücumçu ötən mövsüm bütün turnirlərdə 61 qol vurub. "Bavariya" isə həmin mövsüm Bundesliqada 112 qol vuraraq çempionat rekorduna imza atıb.
Keyn həmçinin İngiltərə millisinin tarixində ən çox qol vuran futbolçudur. O, bu yay keçirilən Dünya Çempionatında milli komandadakı qollarının sayını 70-ə çatdırıb.
İngiltərəli hücumçu oktyabrın 26-da qalibinin açıqlanacağı "Qızıl top" mükafatının əsas namizədləri arasında göstərilir.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Millətlər Liqası: Almaniya Niderlandı, İsveçrə Şotlandiyanı darmadağın edib
-
Azərbaycan millisi 3-cü qolla qalib gəlib - Yenilənib - (Video)
-
Emin Mahmudov Azərbaycan millisi ilə vidalaşdı - (Video)
-
Həbib Nurməhəmmədov Usmanı həbsdən azad etdirdi
-
Kvaratsxeliya yeni peşəyə keçir
-
Başına top dəyən futbolçu öldü
XƏBƏR LENTİ
-
Qızıl və gümüş bahalaşdı
-
YPX Alayının əməkdaşları səhhəti pisləşən əcnəbi sürücünün köməyinə çatdı
-
Qəbələdə avtoxuliqanlıq edən sürücü həbs edildi
-
Azərbaycanda aylıq 419 manatdan başlayan qiymətlərlə mənzillər satışa çıxarılır
-
Rus bölməsində təhsil pullu olacaq?
-
Ayın 18-də bu ərazilərə qar yağacaq - Proqnoz verildi
-
Həcc ziyarətinin qiyməti artacaq
-
Azərbaycanda ev qiymətinə samovar satışa çıxarıldı
-
Türkiyə MN Azərbaycanı təbrik etdi
-
“Məcburən işdən çıxarıldım” – 16 ildir işsiz qalan Sonaxanım hönkür-hönkür ağladı (Video)
-
İrandan Azərbaycana külli miqdarda narkotik gətirilməsinin qarşısı alındı
-
Epşteynin boynundakı izlər nəyi göstərir? - Ekspertdən sensasion açıqlama
-
Nigar Camal özünə 420 min manata lüks avtomobil aldı – (Video)
-
Deputatın düşdüyü qəza ilə bağlı cinayət işi başlanıldı
-
Dərsliklərlə bağlı müzakirələrə nazirlikdən açıqlama
-
DTX Dirçəliş Günü münasibətilə paylaşım edib - (Foto)
-
Bakıdakı məşhur avtosalon bağlandı - Yerində market açılacaq
-
Bu şəxslərə 1000 manatadək pul veriləcək - Qərar
-
Pensiya alanlara şad xəbər - Bu gün...
-
Aldatmayan təkcə Mark Zuckerberg qaldı
-
Evdəki bu əşyalar uşaqlar üçün ölümcül təhlükəyə çevrilə bilər - Nazirlikdən xəbərdarlıq
-
Gürcüstandan maşın gətirənlərə pis xəbər - Yeni rüsum tətbiq edildi
-
Bakıda səkkiz aylıq hamilə qadın öldü
-
Türkiyədə məşhur telekanala polis basqını - 4 nəfər saxlanıldı





