Dünya

Pakistanda terror aktında ölənlərin sayı 31-ə çatdı

19 Sentyabr 2026 10:02
Baxış: 211
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Pakistanda məscid yaxınlığında törədilən terror aktı nəticəsində ölənlərin sayı 31-ə çatıb.

Milli.Az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Hadisə sentyabrın 18-də ölkənin şimal-qərbində yerləşən Kohat şəhərində, polis məntəqəsinin ərazisindəki məscidin yaxınlığında baş verib.

Məlumata görə, partlayıcılarla yüklənmiş avtomobil "Police Lines" kompleksinin giriş qapısına çırpılıb və partladılıb. Nəticədə məscidin divarının bir hissəsi uçub, yaxınlıqdakı binalara da ziyan dəyib.

Partlayışdan sonra silahlı şəxslərlə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında atışma baş verib. Polis əraziyə daxil olan yeddi silahlıdan altısının zərərsizləşdirildiyini bildirib.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.