Dünya

Tramp üçüncü prezidentlik dövründə əldə etdiyi 25 nailiyyət - Siyahı - (Foto)

19 Sentyabr 2026 10:42
Baxış: 291
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

ABŞ Prezidenti Donald Trampın "Truth Social" sosial şəbəkəsində onun üçüncü prezidentlik dövründə əldə etdiyi 25 nailiyyətin sadalandığı paylaşım edilib.

Milli.Az xəbər verir ki, paylaşımda 2025-2026-cı illəri əhatə edən nailiyyətlər sırasında sərhəd təhlükəsizliyi, vergi siyasəti, iqtisadiyyat, hərbi xərclər və beynəlxalq əməliyyatlarla bağlı məsələlər yer alıb.

Paylaşımda qeyd olunan əsas məqamlar bunlardır:

1.ABŞ tarixində ən təhlükəsiz sərhədin təmin edildiyi və son 16 ayda ölkəyə bir nəfər də olsun qeyri-qanuni miqrantın buraxılmadığı 

2.Təhlükəli cinayət törətmiş miqrantların küçələrdən uzaqlaşdırılması məqsədilə "Laken Riley" qanununun imzalandığı 

3.Qətl hallarının qeydə alınmış tarixdə ən böyük azalma ilə son 125 ilin, yəni 1900-cü ildən bəri ən aşağı səviyyəsinə düşdüyü

4.ABŞ tarixində ən böyük vergi endiriminin nəzərdə tutulduğu "Böyük, Gözəl Qanun"un imzalandığı qeyd edilib. Buraya bəxşişlərə, əlavə iş saatlarına və yaşlıların sosial təminat ödənişlərinə verginin ləğvi 

5.ABŞ-yə 19,2 trilyon dollar həcmində yeni investisiya yatırılması ilə bağlı öhdəliklərin əldə olunduğu 

6.Amerika istehsalını bərpa etmək məqsədilə mis, alüminium və polad idxalına 50 faiz, xarici avtomobillərə isə 25 faiz rüsum tətbiq edildiyi 

7.Prezident seçkilərindən sonra fond bazarının 80 dəfə tarixi maksimumu yenilədiyi

8.ABŞ tarixində əvvəlki dövrlərlə müqayisədə daha çox amerikalının hazırda işlədiyi 

9.ABŞ Silahlı Qüvvələrinə bu il 1 trilyon dollar, gələn il isə 1,5 trilyon dollar investisiya yatırılmasının nəzərdə tutulduğu 

10.Venesuelanın lideri Nikolas Maduronun "Absolute Resolve" əməliyyatı çərçivəsində ələ keçirilərək ədalət mühakiməsinə cəlb edildiyi 

11."Midnight Hammer" və "Epic Fury" əməliyyatları ilə İranın nüvə zənginləşdirmə imkanlarının məhv edildiyi və ölkənin heç vaxt nüvə silahına sahib olmayacağının təmin olunduğu

12.Regiondə fəaliyyət göstərən narkokartellərə qarşı çoxsaylı uğurlu hərbi zərbələr endirildiyi və ABŞ sərhədindən fentanil axınının rekord həddə - 60 faiz azaldıldığı 

13.Bir sıra reseptli dərmanların qiymətini 300, 400, 500 və 600 faizədək aşağı salmaq məqsədilə ən əlverişli ölkə prinsipi əsasında razılaşmalar əldə edildiyi 

14."Yaşıl Yeni Fırıldaq" adlandırılan siyasətə son qoyulduğu, milli enerji fövqəladə vəziyyətinin elan edildiyi və neft hasilatının artırılmasına başlanıldığı 

15.Elektrikli avtomobillərlə bağlı məcburi tələblərin və Amerika avtomobil sənayesinə mane olduğu bildirilən digər məhdudlaşdırıcı qaydaların ləğv edildiyi 

16.ABŞ ixracatının tarixdə ən yüksək səviyyəyə çatdığı və bu il ərzində 2,5 trilyon dollar dəyərində mal ixracının nəzərdə tutulduğu

17.Federal hökumətdə və özəl sektorda ayrı-seçkiliyə yol açdığı iddia edilən "Müxtəliflik, Bərabərlik və İnklüzivlik" (DEI) siyasətlərinin ləğv edildiyi

18.Kişilərin qadın idman yarışlarında iştirakının qadağan edildiyi 

19.Məktəblərdə transgender ideologiyasının və tənqidi irq nəzəriyyəsinin tədrisinə qadağa qoyulduğu 

20.Hər bir amerikalı uşaq üçün vergidən azad investisiya hesabları olan "Tramp hesabları"nın yaradıldığı, hər yeni doğulan körpənin hesabına 1000 dollar yatırılmasının nəzərdə tutulduğu 

21.İlk 12 ay ərzində Qəzzadakı müharibə də daxil olmaqla, səkkiz müharibənin tarixi sülh sazişləri ilə başa çatdırıldığı 

22.Bütün girovların, həm sağ, həm də ölmüş şəxslərin ailələrinə qaytarılmasının təmin edildiyi 

23.Somali və digər təhlükəli bölgələr də daxil olmaqla, ABŞ-yə bütün qaçqın qəbullarının dayandırıldığı 

24.Vaşinqton, Memfis və Yeni Orleanda asayişi bərpa etmək məqsədilə Milli Qvardiyanın yerləşdirildiyi 

25.İngilis dilinin ABŞ-nin rəsmi dili elan edildiyi vurğulanıb.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.