30 illik işğaldan tam suverenliyə - Prezident İlham Əliyevin böyük Zəfəri
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı əzəmətli tarixi Zəfəri nəticəsində hərbi gücünü və siyasi iradəsini bütün dünyaya nümayiş etdirdi.
Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova bildirib.
S.Mikayılova qeyd edib ki, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın tam qələbəsi ilə nəticələndi:
"2023-cü il sentyabrın 19-20-də keçirilən antiterror tədbirləri isə Vətən torpaqlarının azadlığı uğrunda uzunillik mübarizəmizin kulminasiya nöqtəsi oldu. Belə ki, cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat nəticəsində Azərbaycan bütün ərazisi boyunca konstitusion quruluşu və dövlət suverenliyini tam bərpa etdi".
Antiterror tədbirlərini labüd edən amillərdən danışan deputat xatırladıb ki, 2020-ci il noyabrın 10-da Üçtərəfli Bəyanatın imzalanmasına baxmayaraq, Qarabağda hələ də Ermənistan silahlı birləşmələri qalmaqda davam edirdi və Ermənistan tərəfi qeyri-qanuni erməni silahlı dəstələrinin tərk-silah edilməsi, onların Azərbaycan torpaqlarından çıxarılması ilə bağlı heç bir tədbir görmürdü.
"Bunun əksinə olaraq, Ermənistan dövləti erməni silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin təminatını həyata keçirdi. Bununla yanaşı, Ermənistan tərəfinin təxribatlarının davam etməsi da 2023-cü il 20 Sentyabr antiterror tədbirlərinin keçirilməsini zəruri etdi", - deyə S. Mikayılova bildirib.
O, vurğulayıb ki, əməliyyat nəticəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri sıradan çıxarıldı, qanunsuz silahlı qruplaşmalar tərk-silah edildi və separatçı rejimin varlığına son qoyuldu. Bununla da Qarabağ iqtisadi rayonu üzərində Azərbaycanın suverenliyi tam bərpa olundu.
"Bu antiterror tədbirləri dünya hərb tarixinin nadir və uğurlu əməliyyatlarından biri kimi qiymətləndirilir", - deyə deputat bildirib.
S.Mikayılova əlavə edib ki, 20 Sentyabr Azərbaycan tarixinin yeni mərhələsinin simvoluna çevrilib.
"Bu tarix Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam təmin edilməsinin rəmzidir. Bu günün arxasında onilliklər boyu davam edən mübarizə, xalqın iradəsi, şəhidlərimizin qanı və Azərbaycan Ordusunun qəhrəmanlığı dayanır. Lakin bu tarixi prosesin siyasi iradə, ardıcıl dövlət siyasəti və düzgün strategiya olmadan reallaşması mümkün deyildi. Prezident, Ali Baş Komandan İlham Əliyev illər əvvəl səsləndirdiyi "Qarabağ Azərbaycandır və nida işarəsi" bəyanatını siyasi iradəsi və qətiyyəti ilə tarixi reallığa çevirdi".
Deputat bildirib ki, 20 Sentyabrın Dövlət Suverenliyi Günü elan edilməsi dövlətçilik tariximizdə məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
"Dövlətçilik tarixində elə günlər var ki, onlar sadəcə hadisəni xatırlatmır, bütöv bir mübarizənin yekununu ifadə edir. 20 Sentyabr da Azərbaycan üçün belə tarixlərdəndir. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası Prezident İlham Əliyevin müəyyənləşdirdiyi başlıca strateji hədəf idi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas nəticələrindən biri Azərbaycanın öz ərazisi üzərində tam hakimiyyətini bərpa etməsi oldu. Əminliklə söyləmək olar ki, 20 sentyabr Azərbaycanın hərbi gücünün, diplomatik iradəsinin və xalqın milli birliyinin ifadəsidir".
S.Mikayılova vurğulayıb ki, bu gün Azərbaycan bayrağı suveren ərazimizin hər qarışında dalğalanır.
"Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq işlərinin aparılması isə hərbi qələbənin dövlət quruculuğu mərhələsi ilə tamamlandığını göstərir. 20 Sentyabrın mənası da məhz bundadır: Azərbaycan yalnız torpaqlarını geri qaytarmadı, həmin ərazilərdə dövlət hakimiyyətini də bərpa etdi. Bu Qələbə Prezident İlham Əliyevin dövlətçilik siyasətinin ən mühüm hadisəsi kimi Azərbaycan tarixində qalacaq. Çünki suverenlik təkcə sərhədlərin müəyyənliyi deyil. Suverenlik dövlətin öz qərarlarını özü verməsi, öz ərazisinə özü nəzarət etməsi və gələcəyini özü müəyyənləşdirməsidir. 20 Sentyabr Azərbaycanın bu hüququnu tam şəkildə bərpa etməsinin təntənəsidir. Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı Metropoliteninin Nəsimi rayonunda yerləşən yeni stansiyasına "20 Sentyabr" adı verilib. Qərar Azərbaycanın 2023-cü il sentyabrın 20-də dövlət suverenliyini tam bərpa etməsinin tarixi əhəmiyyətini əks etdirir.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Şəbnəm Tovuzlu fanatına ağız büzdü – (Video)
-
Azərbaycanda 90 məktəblə bağlı qərar verildi
-
30 illik işğaldan tam suverenliyə - Prezident İlham Əliyevin böyük Zəfəri
-
Nərgiz Rüstəmovaya yüksək vəzifə verildi
-
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar təhlükəlidir? - (Video)
-
İki gəlin, iki bəy eyni məclisdə evləndi – (Video)
XƏBƏR LENTİ
-
Tramp: ABŞ və Danimarka Qrenlandiya ilə bağlı razılaşdı
-
Əfsanəvi futbolçu vəfat etdi
-
Şəbnəm Tovuzlu fanatına ağız büzdü – (Video)
-
Azərbaycanda 90 məktəblə bağlı qərar verildi
-
30 illik işğaldan tam suverenliyə - Prezident İlham Əliyevin böyük Zəfəri
-
Bundesliqa: “Bavariya” darmadağınla qalib gəldi
-
Nərgiz Rüstəmovaya yüksək vəzifə verildi
-
Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
-
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar təhlükəlidir? - (Video)
-
İki gəlin, iki bəy eyni məclisdə evləndi – (Video)
-
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
-
Rusiyada uşaqlara Burak adını verirlər
-
Əl ilə yazmaq yaddaşı gücləndirir
-
Toyuğun döşü, yoxsa budu daha faydalıdır?
-
Arıqlayaraq tanınmaz dərəcədə dəyişən məşhurlarımız – Kimə daha çox yaraşıb? - (Fotolar)
-
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının qala-açılış konserti keçirilib - (Foto)
-
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
-
Suraxanıda çuxur böhranı: Sakinlər və sürücülər çıxılmaz vəziyyətdə - (Video)
-
“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar” - Şeron Stoun - (Foto)
-
Qarabağda sülh və suverenlik: Azərbaycan Ordusunun 2023-cü il antiterror əməliyyatı
-
Günün qoroskopu: Enerjinizlə bütün diqqəti üzərinizə çəkəcəksiniz
-
“NATO şişir və genişlənir” - Putindən xəbərdarlıq
-
Ermənistanda sabiq nazir məhkəmədən xərəkdə çıxarıldı - (Video)
-
İlham Əliyev Sərvər Bəşirli haqqında: Köhnə bir avtomobillə yorğan-döşək - əlində nə var idi onu gətirmişdi





