Mədəniyyət

Rasim Balayevin AKİ-yə sədrliyi təsdiq edilib

13 İyun 2022 13:50
Baxış: 1 653
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ədliyyə Nazirliyi Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri Rasim Balayevin və İdarə Heyətinin yeni tərkibini təsdiq edib.

Bu barədə APA- ya AKİ-dən bildirilib.

Qeyd olunub ki, İdarə Heyətinin üzvləri aşağıdakı kimidir: Xalq yazıçısı Anar Rzayev, Xalq artisti Rasim Balayev, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, Əməkdar incəsənət xadimi Firəngiz Qurbanova, kinorejissor, Əməkdar incəsənət xadimi Cəmil Fərəcov, şair, tərcüməçi, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu, kinorejissor Əli İsa Cabbarov, kinorejissor Oleq Səfərəliyev, kinorejissor Ziya Şıxlinski, səs operatoru, Əməkdar mədəniyyət işçisi Əsəd Əsədov, rejissor, Əməkdar incəsənət xadimi Nizami Abbas, kinorejissor Tahir Tahiroviç, Xalq artisti Həmidə Ömərova, Xalq artisti Şükufə Yusupova, prodüser, "Azərbaycanda Dünya Kinosunun 100 illiyi Fondu" İctimai Birliyinin direktoru Lalə Əfəndiyeva, teatr və kino rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimli, kinorejissor, prodüser Cavid İmamverdiyev, Xalq artisti Məbud Məhərrəmov, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli, sənətşünas, ssenarist Nadir Bədəlov, kinoejissor Rövşən İsax.

Yaxın günlərdə İdarə Heyərinin yığışaraq katibliyin tərkibini müəyyən edəcəyi vurğulanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.