Mədəniyyət

Zəhra Quliyevanın yubileyinə həsr olunmuş təntənəli konsert keçirilib - FOTO

9 Aprel 2022 16:28
Baxış: 1 215
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

8 aprel 2022-ci il tarixində adına Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycanın Xalq artisti, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, tanınmış skripka ifaçısı Zəhra Quliyevanın yubileyinə həsr olunmuş təntənəli konsert  keçirildi. Konsert musiqiçinin çoxillik yaradıcılıq fəaliyyətinin - ifaçılıq və pedaqoji fəaliyyətinin bir növ yekunu idi. Həmin axşam Azərbaycanın Əməkdar Artisti Fuad İbrahimovun dirijorluğu ilə Azərbaycan Dövlət Simfonik Orkestrinin, professor Z.Quliyevanın sinfinin tələbələri, məzunlarının və təbii ki, günün qəhrəmanının özünün çıxışları tamaşaçıların qəlbini fəth etdi.
Dünya musiqi klassiklərinin görkəmli korifeyləri N.Hess, İ.Brams, D.Şostakoviç, P.Çaykovski, İ.Yoxov, A.Piazzolla və P.Sarasatenin parlaq, virtuoz əsərləri Zəhra Quliyevanın, Respublika və beynəlxalq müsabiqələr laureatları Nəzrin Aslanlı, Fəridə Rüstəmova, Cəmilə Qarayusifli, Xədicə Mirqulamlı, Şüküfə Rəsulova, BMA-nın tələbəsi Osman Mustafazadə, eləcə də uzun illər Xalq artistinin rəhbərlik etdiyi "Detaşe" skripka ansamblının ifasında  səsləndirilib. 

Qeyd edək ki, tədbirdə qonaq qismində SSRİ və Azərbaycanın Xalq artisti, BMA-nın rektoru, professor F.Bədəlbəyli, BMA-nın Tədris işləri üzrə prorektoru, Əməkdar Müəllim, professor N.Quliyeva, Beynəlxalq əlaqələr, ictimaiyyətlə əlaqələr və sosial məsələlər üzrə prorektor, Azərbaycanın Xalq artisti, professor Y.Axundova, Azərbaycanın Xalq artisti, Filarmoniyanın direktoru M.Adıgözəlzadə, bir çox mədəniyyət və incəsənət xadimləri iştirak etmişlər.

Təntənəli konsert gecəsinin sonunda professor Z.Quliyeva bu tədbirin keçirilməsinə şərait yaradan hər kəsə öz dərin minnətdarlığını bildirdi. 

Tədbir  günün qəhrəmanının şərəfinə  tamaşaçıların gurultulu alqışları ilə başa çatdı!

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.