Mədəniyyət

Akademik Musiqili Teatrda premyera – “PSİX” - VİDEO

6 Aprel 2022 17:34
Baxış: 1 212
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

29 aprel saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dünya şöhrətli ispan yazıçısı Migel de Servantesin "Don Kixot" romanının motivləri əsasında hazırlanan "Psix" tamaşasının premyerası olacaq. 

Tamaşada dahi bəstəkar, SSRİ Xalq artisti Qara Qarayevin "Don Kixot" simfonik qravürlərindən istifadə edilmişdir. 

18 yaşından yuxarı tamaşaçılar üçün nəzərdə tutulan səhnə əsərinin quruluşçu rejissoru və səhnələşdirəni rejissor Ər-Toğruldur. 

Bədii rəhbəri Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev olan tamaşanın musiqi rəhbəri Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, konsertmeysteri Kamil Həsənov, rejissor assistenti Zaur Əliyevdir.

Səhnə əsərində Don Kixot obrazını Xalq artisti Pərviz Məmmədrzayev ifa edəcək. Teatrın gənc və istedadlı aktyorları Nicat Əli Sanço Pansa, Gültac Əlili Dulsineya, Zaur Əliyev Xidmətçi obrazlarında teatrsevərlərin qarşısına çıxacaqlar.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının təqdimatında "Psix" tamaşasına baxmaq istəyənlər biletləri şəhərin bütün teatr-konsert kassalarından və "ASAN Xidmət" mərkəzlərindən, eləcə də "İticket.az" saytından əldə edə bilərlər.  Kollektiv sifarişlər qəbul olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.