Hesablama Palatası 2022-ci il İş Planına və Hesablama Palatası Kollegiyasının 2022-ci il 28 fevral tarixli qərarına əsasən, Mədəniyyət Nazirliyində dövlət sifarişi ilə filmlərin çəkilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsinə dair kənar dövlət maliyyə nəzarət tədbirləri həyata keçirilir.
Bu barədə Hesablama Palatasından bildirilib.
Qeyd edilib ki, qeyd olunan tədbir çərçivəsində "Azərbaycanfilm" kinostudiyası tərəfindən dövlət sifarişi əsasında çəkilmiş filmlərə ayrılmış vəsaitlərin istifadəsinin auditi aparılır.
Milli.Az