Dünya

Tramp BBC-ni məhkəməyə verdi

16 Dekabr 2025 09:49
Baxış: 332
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Prezidenti Donald Trump BBC-yə qarşı milyardlarla dollarlıq böhtan iddiası qaldırıb. Buna səbəb onun çıxışının BBC-nin Panorama sənədli filmində redaktə olunmuş şəkildə yayımlanmasıdır.

Milli.Az xəbər verir ki, BBC-nin məlumatına görə, Florida ştatında təqdim edilən məhkəmə sənədlərində Tramp yayımçını böhtan atmaqda və ticarət təcrübələri ilə bağlı qanunvericiliyi pozmaqda ittiham edir.

İddiaya əsasən, Tramp hər bir maddə üzrə 5 milyard dollar (təxminən 3,7 milyard funt sterlinq) məbləğində təzminat tələb edir.

BBC Trampdan üzr istədiyini açıqlasa da, kompensasiya tələblərini qəbul etməyib. Trampın hüquq komandası isə yayımçını "çıxışı qəsdən, pis niyyətlə və aldadıcı şəkildə saxtalaşdırmaqda" ittiham edir. BBC hələlik iddia ilə bağlı rəsmi açıqlama verməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.