Mədəniyyət

Rəşid Behbudovun 110 illik yubileyinə həsr olunmuş qala gecə keçirilib - FOTO

15 Dekabr 2025 17:46
Baxış: 243
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında dünya şöhrətli sənətkar, Xalq Artisti Rəşid Behbudovun 110 illik yubileyinə həsr olunmuş qala gecə keçirilib.

Sənətkarın doğum günündə adını daşıyan Dövlət Mahnı Teatrının təşkilatçılığı ilə təşkil edilən gecədə dövlət xadimləri, ziyalılar və sənət nümayəndələri iştirak ediblər.

Konsertin rəsmi hissəsində mədəniyyət nazirinin müavini Murad Hüseynov, Azərbaycan Dövlət Mahnı Teatrının direktoru Ülviyyə Bəbirova və Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdiyev çıxış edərək Rəşid Behbudov irsinin zənginliyindən bəhs ediblər. Bildirilib ki, əsl müğənni və sənətkar ömrü yaşamış, yaradıcılığı ilə mədəniyyət tariximizdə parlaq şəxsiyyətlərdən biri olan görkəmli sənətkar və ictimai xadim Rəşid Behbudov öz həyatı və yaradıcılığı ilə adını musiqi mədəniyyəti tariximizə əbədi həkk edib.

Gecənin bədii hissəsində dirijor Ellada Məmmədovanın rəhbərliyi altında Mahnı Teatrının estrada-simfonik orkestrinin müşayiəti ilə Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalar, Salman Qəmbərov,  Əməkdar artistlər Ramil Qasımov, Fərid Əliyev, Nurlan Növrəsli, eləcə də sevilən ifaçılar İlhamə Qasımova, Ayşən Mehdiyeva, Rövşən Qəhrəmanov, Taleh Yəhyayev, Fəxri Kazım-Nicat, , Ərəstun Quliyev, Urfan Cəfərov, Nicat Aslanov çıxış ediblər. Orkestr dirijor Ellada Məmmədova olub. Gecə ərzində Rəşid Behbudovun zəngin yaradıcılıq irsini əks etdirən arxiv görüntüləri qonaqlara təqdim olunub.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.