“Muğam axşamları” layihəsinin konserti təqdim edildi - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Fevralın 17-də Beynəlxalq Muğam Mərkəzinin "Muğam axşamları" layihəsinin 2022-2023 Musiqi mövsümü üçün ilk konserti təqdim edildi. Böyük maraqla gözlənilən layihənin rəhbəri BMM -nin direktoru, Xalq artisti Murad Hüseynovdur.
Konsertdə BMM-nin solistləri Mirələm Mirələmov və Nisbət Sədrayeva "Rast" və "Səmai Şəms" muğamını təqdim etdilər. Xanəndələri, BMM-nin solistləri, tarda Rövşən Qurbanov, kamançada Ceyhun Muradov, qanunda Əməkdar artist Təranə Əliyeva, balabanda Rəfael Əsgərov, udda Vasif Yusipli, nağarada Amil Mustafayev müşayiət edirdi.
Qeyd edək ki , Musiqi mövsümü ərzində Beynəlxalq Muğam Mərkəzinin səhnəsində "Şur", "Zabul-Segah", "Çahargah", "Bayatı-Şiraz", "Humayun", "Şüştər", "Şahnaz", "Orta Mahur", "Arazbari", "Osmani", "Heydəri", "Bayatı Qacar", "Mahur hindi", "Qarabağ şikəstəsi", "Xaric segah", "Heyratı", "Mirzəhüseyn segahı", "Kəsmə şikəstə", "Bayatı Kürd" , "Ovşarı", "Dəşti", "Qatar", "Rahab", "Şirvan şikəstəsi" muğamları təqdim olunacaq.
Beynəlxalq Muğam Mərkəzi Azərbaycan milli musiqisinin təbliğinə həsr olunmuş bir neçə layihə həyata keçirir ki, onlardan biri də "Muğam axşamları" layihəsidir. Sərt karantin rejimindən sonra ilk dəfə tamaşaçılarla görüşə gələn layihənin bir özəlliyi də ondadır ki, BMM və İctimai Radio 90 FM arasında əməkdaşlıq sayəsində "Muğam axşamları" konsertləri radio dinləyicilərinə də təqdim olunacaq. Həmçinin "Muğam axşamları"nın hər konserti Mədəniyyət kanalı tərəfindən lentə alınaraq muğamsevərlərə təqdim olunur.
Qeyd edək ki, layihə 2017-ci ildən həyata keçirilir və layihənin beynəlxalq işıqlandırılmasında "Baku" jurnalının rolu böyük əhəmiyyət kəsb edib. Bu layihə çərçivəsində tanınmış ifaçılar tərəfindən muğamlar, xalq mahnıları və təsniflər səsləndirilib. Muğam sənətimizin fəlsəfəsini gələcək nəsillərə çatdırmaq məqsədilə reallaşan konsertlərə tamaşaçılar böyük maraq göstərməkdədir.
Layihənin növbəti konserti 17 mart tarixində təqdim olunacaq.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Çin dramaturqu Lyu Şuqanın “Ölünün diriləri ziyarəti” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanılıb - FOTO
-
Sahib Paşazadəyə Özbəkistanda “Sənətşünaslıq üzrə fəlsəfə doktoru (PhD)” elmi dərəcəsinin diplomu təqdim edilib - FOTO
-
WUF 13-ə həsr olunan konsert proqramında dünya və Azərbaycan bəstəkarlarının əsərləri təqdim olunub - FOTO
-
Milli Teatrda "Payız sonatası" hazırlanır - FOTO
-
Xalq yazıçısı Natiq Rəsulzadənin yaradıcılıq gecəsi keçirilib - FOTO
-
XIII Ümumdünya Şəhərsalma Forumu çərçivəsində möhtəşəm konsert - FOTO
XƏBƏR LENTİ
-
Azərbaycanlı aparıcının ailəsində xeyir iş - məşhurlar axın etdi - VİDEO
-
Eyfel qülləsinin orijinal pilləkəni hərraca çıxarılır: qiymət açıqlandı
-
Məşhur aktrisa qızı ilə bacı kimi görünür
-
Zakaria Savo “Qarabağ”a neçəyə başa gəldi? - Transferin detalları
-
Nərimanovda “Opel” yandı, “Mercedes”ə də ziyan dəydi - VİDEO
-
Əlverişsiz hava ilə bağlı daha bir xəbərdarlıq
-
"Karvan-Yevlax" səfərdə "İmişli" ilə heç-heçə edib
-
Azərbaycanlı müğənni 3-cü dəfə evlənir
-
"Sabah"ın Çempionlar Liqasındakı potensial rəqibləri
-
21 yaşlı qadın qətlə yetirildi, əri saxlanıldı - TƏFƏRRÜAT - FOTO
-
"Qarabağ"dan növbəti transfer - Rəsmi
-
Bu ölkə ordusunu "Azərbaycan modeli" ilə qurur
-
PSJ-nin iki ulduz futbolçusu finalda oynamaya bilər
-
Çin dramaturqu Lyu Şuqanın “Ölünün diriləri ziyarəti” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanılıb - FOTO
-
Bu tarixlərdə Bakıya leysan YAĞACAQ
-
Maşın tibb mərkəzinə çırpıldı
-
Bu yolda bərpa işlərinə başlanıldı
-
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi - VİDEO
-
Makron Lukaşenkoya zəng etdi
-
Hava kəskin dəyişir - Güclü külək XƏBƏRDARLIĞI
-
Türkiyədə ağır QƏZA - 45 nəfər xəsarət aldı
-
Ana və körpə üçün vacib qidalar açıqlandı
-
İmtahan cavablarını buradan yoxlaya biləcəksiniz
-
Putin Qazaxıstana gedir





