Mədəniyyət

Azərbaycanlı aktyor vəfat edib - FOTO

20 Dekabr 2021 23:34
2 Şərh     Baxış: 6 121
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar Artist Elşən Çarxanlı (Şirəliyev) vəfat edib.

Milli.Az bildirir ki, bu barə dəteatrın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, aktyor bir neçə saat öncə qəfil dünyasını dəyişib.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar Artist Elşən Çarxanlı (Şirəliyev) vəfat edib.

Elşən Çarxanlı 1962-ci il oktyabrın 2-də Bakıda anadan olub. 1983-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) "Dram və kino aktyoru" fakültəsini bitirib. Elə həmin il Sumqayıt Dövlət Dram Teatrında işə başlayıb. 1989-cu ildən Azərbaycan Dövlət Gənclər Teatrında çalışıb.

2009-cu ildən - Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor kimi fəaliyyət göstərib. Gənc tamaşaçılar teatrında işlədiyi illər ərzində 50-yə yaxın tamaşada oynayıb. Aktyor tamaşaçılara film və seriallardakı rolları ilə də yaxşı tanışdır.

Allah rəhmət eləsin!

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.