Hadisə, Kriminal

Araq almağa gəlmişdi başından güllələndi

9 Noyabr 2021 11:06
0 Şərh     Baxış: 1 193
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiyanın Oryol vilayətinin Znamenski rayonunda 41 yaşlı kişinin dəhşətli qətli ilə bağlı cinayət işinin istintaqı yekunlaşıb. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, faciə Safonovski kəndində baş verib.

Regional İstintaq Komitəsinin məlumatına görə, hadisə iyunun 2-də axşam saatlarında baş verib.

Mərhum təqsirləndirilən 58 yaşlı yerli sakinin evinə gələrək ondan spirtli içki istəyib. Ev sahibi imtina etdikdə aralarında mübahisə düşüb. əsəbləri dözməyən ev sahibi dövlət qeydiyyatı olmayan silahı götürüb və "qonağın" başından vuraraq öldürüb.

İş materialları təsdiq edilmiş ittiham üzrə baxılması üçün məhkəməyə verilib. 

Təqsirkarı  6 ildən 15 ilə qədər həbs gözləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.