Moskvada tələbə qız polis əməkdaşı tərəfindən məntəqədə zorlandığını bəyan edib.
Milli.Az xəbər verir ki, bu barədə Znak nəşri məlumat yayıb. Qız iddia ərizəsində göstərib ki, onu və dostunu heç bir əsas olmadan idarəyə gətiriblər. Əlindən hər şeyi alıblar. İçkili polis isə onu zorlayıb. İstintaq idarəsindən isə cinayət işi qaldırmaq istəməyiblər. Sadəcə bildiriblər ki, qız özü polislə seksə razılıq verib.
Anar Əli
Milli.Az