Hadisə, Kriminal

Uşaq bağçasında şiddət FOTOsu - Sosial şəbəkələr bir-birinə dəydi

2 Noyabr 2021 17:30
7 Şərh     Baxış: 1 677
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Son günlər sosial şəbəkələrdə "Malvina" uşaq bağçasının adından paylaşılan şəkil sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İnsanlar həmin şəkli tənqid edib və uşaqlara şiddət aşıladığını deyiblər. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu haqda "Malvina" uşaq bağçasının rəhbərləyindən lent.az-a bildirilib ki, həmin şəkil onların bağçasında çəkilməyib:

"Həmin şəkil 6 il əvvələ aiddir və bizim bağçamızda çəkilməyib. Hansısa bir evdə çəkilən şəkli bizim adımızdan yayımlayırlar. Biz 6 il əvvəl bununla bağlı televiziyalara da açıqlama vermişik. Heç o dövrdə mən bağçada müdir deyildim. Araşdırmaq lazımdır ki, görəsən, kimdi bizə qara yaxmaq istəyən. "Halloween" 6 ildi bizim müəssisəmizdə  qeyd olunmur". 

Qeyd edək ki, bəhs edilən şəkil 31 oktyabrda qeyd edilən sözügedən bayramdan sonra üzə çıxıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.