Hadisə, Kriminal

3 tələbə qızı öldürən qatilin tutulma anı - ANBAAN VİDEO

4 Oktyabr 2021 12:42
0 Şərh     Baxış: 1 918
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Daxili İşlər Nazirliyi Orenburq vilayətinin Qay şəhərində üç tələbə qızı öldürməkdə şübhəli bilinən Aleksandr Lazarevin avtomobilnin təqib edilməsinin görüntüləri internetdə yerləşdirılib. 

Milli.Az "mk.ru"ya istinadən xəbər verir ki, video polis maşınının video reqistratoru vasitəsi ilə lentə alınıb.

Daha əvvəl hüquq-mühafizə orqanlarındakı mənbə "MK"ya əməliyyatın təfərrüatlarını açıqlayıb.

Şübhəlini saxlamaq üçün polis onun avtomobilinin təkərlərinə atəş açıb. Nəticədə avtomobil kənd yolunda saxlanılıb.

Məşhur qətl hadisəsi ötən cümə axşamı Qay şəhərində baş verib. Mənzillərdən birində və evin yaxınlığında bıçaq yaraları ilə yerli tibb kollecinin üç tələbə qızının cəsədi tapılıb. Cinayətin motivi hazırda müstəntiqlər tərəfindən müəyyən edilir. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.