Sosial şəbəkələrdə Meksikada narkokartellərin bir-birləri ilə rəqabətinin qorxunc nəticələrinin görüntüləri yayılıb. Videoda 20-yə yaxın insanın dizi üstə sıraya düzüldüyü görünür. Bundan sonra "La Bandera" kartelinin üzvlərinin edam edildiyi bildirilir.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, videoda "Los Tlacos" kartelinin üzvünün sıra ilə girovlara yaxınlaşdığı və tapançanı başlarına tutaraq müəyyən sual-cavab etdiyi görünür.
Sonradan girovlardan dördünün cəsədi şəhər merinin ofisinin qarşısında avtomobilin içində aşkarlanıb. Qalan 16 nəfərin taleyi barədə məlumat yoxdur.
Milli.Az