Hadisə, Kriminal

Keçmiş həyat yoldaşı ilə sevgilisini güllələdi - Ürəyi soyumayıb 4 yaşlı qızını da yaraladı - VİDEO

31 Avqust 2021 12:09
1 Şərh     Baxış: 2 576
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ankarada Salih Ö. adlı şəxs keçmiş həyat yoldaşı Ebru Yüksel və onun sevgilisi Mustafa D-ni amansızcasına güllələyib. Ardınca da hadisə yerində olan 4 yaşlı qızı güllə ilə yaralayıb.

Milli.Az haberler.com-a istinadən xəbər verir ki, Saleh O. daha sonra eyni silahı başına tutaraq intihara cəhd edib. Xəstəxanaya aparılan Ebru Yüksel vəfat edib.

İddialara görə, 38 yaşlı Salih Ö. keçmiş həyat yoldaşı 33 yaşlı Ebru Yüksel və sevgilisi Mustafa D. ilə mübahisə edib. Başından yaralanan Mustafa D. və körpə İsra Ö-nin vəziyyətinin normal olduğu, qatilin isə həyatına təhlükə olduğu bildirilib. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Kamran Seyidov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.