Hadisə, Kriminal

Həyat yoldaşı və körpəsini öldürərək intihar etdi - Dəfn yeri mübahisə yaratdı - VİDEO

23 Avqust 2021 11:54
0 Şərh     Baxış: 12 879
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Afyonkarahisarda (Türkiyə) yaşanan dəhşətli qətlin təfərrüatları hər kəsi şoka salıb.

Milli.Az haberler.com-a istinadən xəbər verir ki, həyat yoldaşını və iki yaşlı oğlunu öldürərək intihar edən şəxsin harada dəfn olunması mübahisə yaradıb. Əldə olunan razılığa görə, ana və 2 yaşlı oğlu yan-yana, ata isə 5 metr uzaqda dəfn edilməsi qərara alınıb. 36 yaşlı Hanife Meydan və oğlu Egemen Meydan evlərində güllələnərək öldürülüblər. 47 yaşlı ər Mehmet Meydan isə evin pilləkənində kabellə asılı vəziyyətdə tapılıb.

Jandarma qruplarının araşdırması ilə Mehmet Meydanın həyat yoldaşını və oğlunu hadisə yerində tapança ilə öldürdükdən sonra həyatına son qoyduğu müəyyən edilib.

Kamran Seyidov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.