Hadisə, Kriminal

Arvadının məşuqunu öldürüb 8 hissəyə parçaladı - FOTO

29 May 2021 15:18
Baxış: 2 683
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin İstanbul şəhərində ağlasığmaz cinayət törədilib.

Milli.Az "haberler.com"a istinadən xəbər verir ki, Büyükçekmece bölgəsində yaşanan hadisə zamanı Alpaslan Aslan adlı şəxs həyat yoldaşı Nubar Aslanla 1 ildir eşq yaşayan Süleyman Akbabanı 8 hissəyə ayıraraq parçalara bölüb. Daha sonra cəsədi sellofanlara yığaraq yol kənarına atıb.

Keçirilən axtarış əməliyyat tədbirləri nəticəsində cinayəti törədən şəxsin Alpaslan Aslan olduğu aşkarlanıb. Cinayəti törədərkən ona 3 nəfər də kömək edib.

Ötən gün baş tutan məhkəmədə hadisə şahidləri dinlənilib.

Alpaslanın həyat yoldaşı Nubar Aslan da təqsirləndirilən şəxs qismində saxlanılıb. O, "cinayət hadisəsi ilə heç bir əlaqəm yoxdur, tək günahım həyat yoldaşıma xəyanət etməkdir", - deyə açıqlama verib.

Əri Alpaslan Aslan isə sadəcə yaşanan hadisənin qurbanı olduğunu bildirib.

Məhəkəməyə təqdim edilən şikayət ərizəsində Alpaslan Aslanın ömürlük, ona kömək edən digər iki şəxsin 5 ildən 6 ilə, Nubar Aslanın isə 15 ildən 20 ilə qədər həbs edilməsi tələb edilir.

Hakim isə təqsirləndirilən şəxslərin həbsinin davam etdirilməsinə və məhkəmə prosesinin növbəti aylarda yenidən keçiriliməsinə qərar verib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.