Hadisə, Kriminal

Avtobus işıq dirəyinə dırmaşdı - ANBAAN VİDEO

28 May 2021 01:30
Baxış: 1 123
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sankt-Peterburqda sərnişin avtobusu qəza törədib. Nəticədə 5 nəfər yaralanıb.

Milli.Az "bizim.media"-ya istinadən xəbər verir ki,bu haqda məlumatı "RİA Novosti" agentliyi yayıb.

Bundan əvvəl Fövqəladə Hallar Nazirliyi Sankt-Peterburqun Krasnoselsk rayonunda, Leninsk prospekti-90 ünvanının yaxınlığında saat 10-da bir avtobusun iştirakı ilə qəza baş verdiyini bildirmişdi. İlkin məlumata görə, üç nəfər yaralanıb.

Şəbəkədə yayılan videoda avtobus işıq dirəyinə dəyir və iki yerə bölünür. Yerli KİV-lərin verdiyi məlumata görə, sürücü kabinədə sıxılmış vəziyyətdə qalıb.

Qəzada avtobus sürücüsü, bir konduktor və üç sərnişin yaralanıb. Hadisənin şərtləri müəyyənləşdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.