Hadisə, Kriminal

Bakıda polis rəisinin müavini vuruldu

17 Yanvar 2012 16:04
Baxış: 404
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Bakıda polis rəisinin müavini vurulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, yanvarın 16-da saat 09:30 radələrində Sabunçu rayonu ərazisində "Setra" markalı avtobusun sürücüsü yol-nəqliyyat hadisəsi törədib hadisə yerindən qaçmağa cəhd göstərərkən Sabunçu rayon Polis İdarəsinin rəis müavini Əbülfət Rzayev tərəfindən saxlanılıb.

Bu zaman avtobusun sürücüsü Elxan Eminov və sərnişinləri Süleyman Alıyev, onun oğlu ElnurXıdır adlı şəxs Rzayevi təhqir edib və ona sifət nahiyəsindən xəsarət yetiriblər.

Faktla əlaqədar cinayət işi başlanıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.