Bakıda polis rəisinin müavini vuruldu
17 Yanvar 2012 16:04
Bakıda polis rəisinin müavini vurulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, yanvarın 16-da saat 09:30 radələrində Sabunçu rayonu ərazisində "Setra" markalı avtobusun sürücüsü yol-nəqliyyat hadisəsi törədib hadisə yerindən qaçmağa cəhd göstərərkən Sabunçu rayon Polis İdarəsinin rəis müavini Əbülfət Rzayev tərəfindən saxlanılıb.
Bu zaman avtobusun sürücüsü Elxan Eminov və sərnişinləri Süleyman Alıyev, onun oğlu Elnur və Xıdır adlı şəxs Rzayevi təhqir edib və ona sifət nahiyəsindən xəsarət yetiriblər.
Faktla əlaqədar cinayət işi başlanıb.
Milli.Az