Hadisə, Kriminal
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sifarişli qətllərdə ittiham olunan iş adamının məhkəməsi başlayır
9 Mart 2010 18:13
Baxış: 207
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu barədə Paş Prokurorluq və Daxili İşlər Nazilrliyi birgə məlumat yayıb.
Müəyyən edilib ki, 2003-cü ilin dekabrında Şöhrət Quliyev Mehman Qəhrəmanovla birgə Anar Həsənov, Səxavət Xudiyev, İlham Şabanov, Xəzər Kazımov və Elmar Qasımovdan ibarət silahlı mütəşəkkil dəstə yaradaraq onu odlu silah və döyüş sursatı ilə təchiz ediblər. Ş.Quliyev cinayətkar dəstənin üzvlərinə Bakıda sahibkarlıqla məşğul olan Əhməd İbrahimovun öldürülməsini tapşırmış və bunun müqabilində onlara 25.000 ABŞ dolları məbləğində pul mükafatı verəcəyini vəd edib. Sonuncunun Bakıda yaşadığı ünvanı, işdən evə qayıtma vaxtını və marşrutunu müəyyənləşdirən cinayətkar dəstənin üzvü A.Həsənov 2003-cü il dekabrın 18-də Əhməd İbrahimova yaşadığı binanın girişində "Makarov" markalı tapançadan atəş açaraq onu öldürüb. Cinayətin aləti olan "Makarov" tapançası həmin il dekabrın 27-də Bakı şəhəri B.Nuriyev küçəsi 32 saylı binanın yaxınlığındakı bağ sahəsindən tapılaraq götürülmüş və ekspert rəyi ilə hadisə yerində aşkarlanmış güllə və gilizlərin qeyd olunan tapançadan atılması təsdiqlənib.
Ş.Quliyev, mütəmadi olaraq ondan pul tələb edən Gəncə sakini Kamal Ələkbərovun öldürülməsini də sifariş verərək bununla əlaqədar cinayətin icraçılarına 25.000 ABŞ dolları pul mükafatı vəd edib. 2004-cü il martın 22-də "Makarov"la silahlanmış cinayətkar dəstənin üzvü İlham Şabanov K.Ələkbərovu yaşadığı evin qarşısında qətlə yetirib.
İstintaqla cinayətin aləti olan tapançanı dəstənin digər üzvü Elmar Qasımovun Gəncə şəhərindəki idman klubunun işçisi Məharət İsmayılovdan 600 ABŞ dollarına alması müəyyən edilib və həmin silah 2009-cu il mayın 26-da dəstə üzvü İlham Şabanovun Gəncə şəhərində yaşadığı evin həyətində basdırdığı yerdən götürülüb. Ekspert rəyi ilə hadisə yerində aşkar edilmiş gilizlərin və Kamal Ələkbərovun meyitindən çıxarılmış güllələrin həmin silahdan atılması təsdiqlənib.
İstintaq prosesində o da müəyyən olunub ki, cinayətkar dəstənin üzvləri Gəncədə fəaliyyət göstərən Xəzər Kazımova məxsus "Quş südü" adlandırılan kafedə mütəmadi yığışaraq törədəcəkləri cinayətlərin plan və detallarını müzakirə edib, eləcə də narkotik vasitələrin istehlak və satışını həyata keçirib. 2009-cu ilin iyununda kafedə aparılmış axtarış zamanı X.Kazımov tərəfindən qanunsuz əldə edilib kafenin zirzəmisində gizlədilmiş "Kalaşnikov" avtomatı, 30 ədəd patron, habelə Rabit Abdinovun üzərindən Mehman Qəhrəmanovdan 250 manata aldığı narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Şöhrət Quliyev, Mehman Qəhrəmanov, İlham Şabanov, Anar Həsənov, Səxavət Xudiyev, Xəzər Kazımov, Məharət İsmayılov, Rabit Abdinov, Elim Şahmuradov, Bilal Verdiyev, Nuru Atayev və İlahibə Ələsgərovun Cinayət Məcəlləsinin 120 (Qəsdən adam öldürmə), 217 (Banditizm) və 228 (Qanunsuz olaraq odlu silah, sursat əldə etmə və saxlama) və digər maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respubilkası Məhkəməsinə göndərilib.
Milli.Az

XƏBƏR LENTİ
-
“Bu səhvim məni 700 baldan ayırdı” - Aysu Əliyeva
-
Bakının bəzi ərazilərdə işıq olmayacaq
-
Dünyanın ən uzun gölü: Dörd ölkəni bir-birinə bağlayır
-
Bu gün Aşuradır
-
Günün qoroskopu: Özünüzə olan inamınız bu gün zirvədədir
-
Anderson Premyer Liqanın ən bahalı transferi ola bilər
-
İmtahanda ən yüksək nəticə göstərən 7 nəfər (Foto)
-
Sadiq Abbaslı bıçaqlandı (Foto)
-
Yedidən yetmişə hər kəsin sevdiyi ləzzət: Bolonez souslu makaron
-
Milli Məclisin İnsan hüquqları komitəsinin növbəti iclası keçirilib (Foto)
-
Mətanət İsgəndərli: “Sanki övladını aparıblar, amma demirlər kimindir”
-
Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı ABŞ Konqresinə müraciət ünvanlanıb
-
Sarımsaqların aylarla kiflənmədən qalmasının sirri: "1 ovuc düyü"
-
"Sabah" Rumıniya klubu ilə heç-heçə etdi
-
Köp niyə yaranır və ondan necə xilas olmaq olar?
-
"Fənərbağça" Meyson Qrinvud ilə razılaşdı (Foto)
-
Kabinetdə çəkilən video İraqı ayağa qaldırdı: Rəhbər şəxslər vəzifələrindən uzaqlaşdırıldı (Foto)
-
Azərbaycan Avrasiyada nəqliyyat, ticarət və kooperasiya gündəliyinin mühüm iştirakçısına çevrilir - (Foto)
-
Şotlandiya Braziliya matçı ləngiyə bilər
-
Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı
-
Kürdəmirdə yük maşını aşıb - Xəsarət alan var
-
I ixtisas qrupu üzrə bir abituriyent 700 bal toplayıb (Foto)
-
Qəbul imtahanının nəticəsi açıqlandı
-
Bank kartlarındakı problemlə bağlı Mərkəzi Bankdan AÇIQLAMA