Kriminal

Birində "Naqan", digərindən "TOZ-B" götürüldü

10 Mart 2021 14:39
Baxış: 649
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Yevlax və Tərtər sakinlərindən odlu silah götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş B.Qurbanovdan kustar üsulla hazırlanmış "Naqan" tipli revolver və 6 ədəd patron aşkar edilərək götürülüb.

Bundan başqa, Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qapanlı kənd sakini E.Mirzəyevə məxsus yardımçı təsərrüfata baxış zamanı oradan müvafiq sənədləri olmayan "TOZ-B" markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.