Kriminal

41 illik qaçış başa çatdı – Beynəlxalq axtarışda olan qatil bu ölkədə saxlanıldı - FOTO

24 İyul 2025 13:44
Baxış: 1 185
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

1984-cü ildə Almaniyada törədilən qətldə şübhəli bilinən və bu səbəbdən 41 ildir beynəlxalq axtarışda olan N.G. Türkiyənin Hatay vilayətində saxlanılıb.

Milli.Az xəbər verir ki, Hatay Təhlükəsizlik Müdirliyinin polis qrupları, Almaniya məhkəmə orqanları tərəfindən "qəsdən adam öldürmə" maddəsi ilə axtarışda olan N.G.-nin Türkiyədə ola biləcəyi barədə məlumat əldə etdikdən sonra əməliyyata başlayıblar.

İnterpol-Avropol Departamenti ilə birgə aparılan əməliyyat çərçivəsində şübhəlinin yaxınlarına məxsus ünvanlarda sahə müşahidələri və texniki izləmə tədbirləri həyata keçirilib. Nəticədə, N.G.-nin bu ünvanlara zaman-zaman gəldiyi müəyyən edilib.

Əldə olunan məlumatlar əsasında fiziki təqib aparılıb və şübhəlinin Antakya rayonunun Serinyol məhəlləsində olduğu müəyyən edilib. Polis qrupları təhlükəsizlik tədbirlərini görərək əraziyə əməliyyat təşkil edib. Nəticədə, N.G. saxlanılıb və ədliyyə orqanlarına təhvil verilib.

Qeyd edək ki, bu hadisə 41 il sonra beynəlxalq axtarışla bağlı uzunmüddətli bir işin nəticələnməsi kimi dəyərləndirilir. Əməliyyatla bağlı əlavə araşdırmalar davam etdirilir.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.