Kriminal

Bakıda havaya atəş açan və 2 nəfəri döyən şəxs saxlanıldı

20 Fevral 2021 13:09
Baxış: 1 374
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda daş karxanasında havaya atəş açan və 2 nəfəri döyən şəxs saxlanılıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilir ki, Xəzər RPİ-nin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində fevralın 17-də saat 3 radələrində Türkan qəsəbəsi ərazisində yerləşən daş karxanasında xuliqanlıq zəminində tüfəngdən havaya atəş açmaqda və orada işləyən 2 nəfəri döyməkdə şübhəli bilindiyinə görə saxlanılan S.Quliyevdən qundağı və lüləsi kəsilmiş "BUM" markalı ov tüfəngi götürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.