Orxan Hacıyevin qatilinə hökm oxundu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Şamaxıda MMA üzrə məşqçi Orxan Hacıyevi qətlə yetirən Amil Surxayevin məhkəmə prosesi başa çatıb.
Milli.Az xəbər verir ki, məhkəmənin hökmünə əsasən, 28 yaşlı təqsirləndirilən şəxs 14 il müddətinə azadlıqdan məhrum edilib.
Amil Surxayev cinayəti qisas məqsədilə törətdiyini etiraf edib. Onun ifadəsinə görə, qardaşı Ruslan Surxayevin Orxan Hacıyev tərəfindən qətlə yetirilməsini və bu cinayətə görə cəmi iki il sonra azadlığa çıxmasını həzm edə bilməyib.
Məlum olub ki, Orxan həbsdən çıxdıqdan sonra Amil tərəfindən izlənilib və onun yerini Şamaxıda müəyyən edib. Mərhum qardaşına məxsus silahı götürən Amil, Orxanın yaşadığı ünvana gələrək onu tək yaxalamağı planlaşdırıb. O, yaranan ilk fürsətdə bir dəfə Orxanın qarın nahiyəsinə atəş açıb. Zərərçəkən Orxan Hacıyev xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisədən sonra Amil Surxayev polisə təslim olub, qardaşını öldürən Orxanı qətlə yetirdiyini, peşman olmadığını bildirib.
Amil ifadəsində onu da əlavə edib ki, Orxan Hacıyev qardaşının qətli ilə bağlı sosial şəbəkələrdə artıq-əskik rəy yazanlara cavab verməyib, qardaşı barədə "Allah rəhmət eləsin!" cümləsini işlətməyib. Bunun əvəzinə, müəllim kimi fəaliyyətini davam etdirəcəyini bildirib ki, bu da onda qıcıq yaradıb.
Qeyd edək ki, Amilin qardaşı Ruslan Surxayev 2020-ci ildə Şamaxıda "Yeddi Gümbəz" qəbiristanlığında mətbəx bıçağı ilə qətlə yetirilmişdi. Bu cinayətə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Orxan Hacıyev barəsində Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi 122-ci (güclü ruhi həyəcan vəziyyətində adam öldürməyə görə) maddəsinə tövsif edilib və o, 2 il müddətinə azadlıqdan məhrum edilmişdi. Sumqayıt Apellyasiya Məhkəməsi isə işə baxaraq O. Hacıyevin əməlini 123.1-ci maddəyə (zəruri müdafiə həddini aşmaqla adam öldürmə) tövsif edərək onun 2 il cəza müddətini 1 il 6 aya salmış, istintaq və məhkəmə dövründə təqsirləndirilən şəxs bu cəzanı çəkdiyindən məhkəmə zalından azadlığa buraxılmışdı. 2025-ci ilin martında isə Amil Surxayev Orxan Hacıyevi qətlə yetirib./Xitab24.az
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Orxan Hacıyevin qatilinə hökm oxundu
-
Xalası oğlunu bıçaqladı, arvadını öldürdü: Qısqanclığa görə baş verən qətlin təfərrüatı
-
Türkiyədə ölü tapılan müəllimin səs yazısı tapıldı - VİDEO
-
Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü
-
Bakıda restoranda 5000 dollarlıq oğurluq
-
“Sədərək”də biznesmeni bıçaqladılar
XƏBƏR LENTİ
-
Brilliant Dadaşovanın bacısı və qardaşı əməliyyat olunub
-
Şükürbəyli kəndində daha 20 ailəyə evlərinin açarları təqdim olunub - Yenilənib
-
Moskvanın bütün aeroportlarında uçuşlar dayandırıldı
-
Anaklaudia Rossbax WUF13-ə uğurlu ev sahibliyinə görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Sabah Goranboy və Samux rayonlarının bəzi ərazilərində qaz olmayacaq
-
Ələkbər Hüseynov vəfat etdi
-
Müəllimlərlə əlbir olaraq 71 min manatlıq mənimsəmə edən məktəb direktoru barəsində cinayət işi başlandı
-
Orxan Hacıyevin qatilinə hökm oxundu
-
Gəncədə zirzəmidən meyit tapıldı
-
Türkmənistan Prezidenti Fəxri xiyabanda Ümumilli Lider Heydər Əliyevin məzarını ziyarət edib - (Foto)
-
Türkmənistan Prezidenti Zəfər parkını ziyarət edib
-
Prezident İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov mətbuata bəyanatlarla çıxış ediblər - (Foto)
-
Rayon qatarları artıq Dərnəgül stansiyasında da dayanacaq
-
Azərbaycan-Türkmənistan sənədləri mübadilə olunub - (Foto)
-
Sahibə Qafarova Əli Xameneinin vida mərasimində iştirak edəcək
-
Böyük Britaniyanın Baş naziri istefa verdi
-
Bakıda 32, rayonlarda 35 dərəcə isti olacaq - Proqnoz
-
Bakıda qardaşıgilə qonaq gələn qız 8-ci mərtəbədən yıxılıb öldü
-
Müəllimlərin orta aylıq maaşı 1145 manat oldu
-
Rəşad Dağlı həmin cinayətdən danışdı: "Dedi ki, guya seksual azlıqsan"
-
Liamın 47 milyonluq mirası kimə qalacaq? - (Foto)
-
Səhiyyə Nazirliyi yoxladı: Bakıda bir sıra çimərliklərə giriş qadağan olundu (Foto)
-
Son bir həftədə 113 mina və 514 partlamamış hərbi sursat aşkarlanaraq məhv edilib
-
Gündüz Babayev vəfat etdi





