Səhiyyə Nazirliyi yoxladı: Bakıda bir sıra çimərliklərə giriş qadağan olundu (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2026-cı ilin yaz-yay mövsümünə hazırlıq çərçivəsində Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən ölkə üzrə çimərliklərdə monitorinqlər davam etdirilir.
Qurumdan verilən məlumata görə, aparılan yoxlamalar ictimai istirahət üçün istifadə olunan çimərliklərdə sanitariya norma və qaydalarına əməl olunması, eləcə də dəniz suyunun keyfiyyət göstəricilərinin qiymətləndirilməsini əhatə edir.
Bildirilib ki, ilin əvvəlindən dəniz suyunun keyfiyyəti aylıq əsasda nəzarətdə saxlanılıb, may ayından etibarən isə monitorinqlərin intensivliyi artırılaraq həftəlik qaydada aparılır. Götürülən nümunələr laborator şəraitdə fiziki-kimyəvi və mikrobioloji göstəricilər üzrə analiz edilir.
Eyni zamanda, istirahət mövsümü ərzində nümunələr xüsusi təhlükəli yoluxucu xəstəliklərə nəzarət məqsədilə Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin laboratoriyalarında da araşdırılır.
Aparılan müayinələrin nəticələrinə əsasən, bəzi çimərliklərdən götürülən dəniz suyu nümunələrində kimyəvi və mikrobioloji göstəricilərin mövcud sanitariya norma və qaydalarının tələblərinə uyğun olmadığı müəyyən edilib.
Monitorinqlər zamanı Bakı şəhərinin Xəzər rayonunun Türkan, Suraxanı rayonunun Hövsan, Səbail rayonunun Şıx, Qaradağ rayonunun Sahil qəsəbələrində, həmçinin Lənkəran şəhərinin Aşağı Nüvədi qəsəbəsi, Sütəmurdov kəndi, Kiçik Bazar yaşayış məntəqəsi və Xaçmaz rayonunun Niyazoba ərazisində yerləşən çimərliklərdə sanitariya-mühafizə zonalarının tullantı və çirkab suları ilə çirklənməsi nəticəsində dəniz suyunun keyfiyyət göstəricilərində normativ tələblərdən kənarlaşmalar qeydə alınıb.
Mövcud vəziyyət nəzərə alınaraq və əhalinin sağlamlığının qorunması məqsədilə "Sanitariya-epidemioloji salamatlıq haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Respublika Gigiyena və Epidemiologiya Mərkəzi qeyd olunan ərazilərdə yerləşən çimərliklərdə, eləcə də həmin zonalardakı qeyri-qanuni çimərlik sahələrində dəniz suyundan çimmək məqsədilə istifadənin müvəqqəti məhdudlaşdırılması barədə qərarlar qəbul edib.
Qərarların icrası ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti, Lənkəran Şəhər İcra Hakimiyyəti, Xaçmaz Rayon İcra Hakimiyyəti, aidiyyəti polis orqanları, Fövqəladə Hallar Nazirliyi və onun regional qurumları, həmçinin Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin müvafiq strukturları məlumatlandırılıb.
Səhiyyə Nazirliyi vətəndaşlara yalnız icazə verilmiş çimərliklərdən istifadə etməyi, rəsmi məlumatlara diqqət yetirməyi və müəyyən edilmiş məhdudiyyətlərə riayət etməyi tövsiyə edir.
Çimərlik mövsümü ərzində dövlət sanitariya xidməti tərəfindən monitorinqlər davam etdiriləcək və nəticələr barədə ictimaiyyətə mütəmadi məlumat veriləcək.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Gəncədə zirzəmidən meyit tapıldı
-
Bakıda qardaşıgilə qonaq gələn qız 8-ci mərtəbədən yıxılıb öldü
-
Səhiyyə Nazirliyi yoxladı: Bakıda bir sıra çimərliklərə giriş qadağan olundu (Foto)
-
Son bir həftədə 113 mina və 514 partlamamış hərbi sursat aşkarlanaraq məhv edilib
-
Gündüz Babayev vəfat etdi
-
Mingəçevirdə dava: 35 yaşlı kişi öldürüldü
XƏBƏR LENTİ
-
Gəncədə zirzəmidən meyit tapıldı
-
Türkmənistan Prezidenti Fəxri xiyabanda Ümumilli Lider Heydər Əliyevin məzarını ziyarət edib - (Foto)
-
Növbəti köç karvanı Cəbrayılın Şükürbəyli kəndinə çatdı - Yenilənib
-
Türkmənistan Prezidenti Zəfər parkını ziyarət edib
-
Prezident İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov mətbuata bəyanatlarla çıxış ediblər - (Foto)
-
Rayon qatarları artıq Dərnəgül stansiyasında da dayanacaq
-
Azərbaycan-Türkmənistan sənədləri mübadilə olunub - (Foto)
-
Sahibə Qafarova Əli Xameneinin vida mərasimində iştirak edəcək
-
Böyük Britaniyanın Baş naziri istefa verdi
-
Bakıda 32, rayonlarda 35 dərəcə isti olacaq - Proqnoz
-
Bakıda qardaşıgilə qonaq gələn qız 8-ci mərtəbədən yıxılıb öldü
-
Müəllimlərin orta aylıq maaşı 1145 manat oldu
-
Rəşad Dağlı həmin cinayətdən danışdı: "Dedi ki, guya seksual azlıqsan"
-
Liamın 47 milyonluq mirası kimə qalacaq? - (Foto)
-
Səhiyyə Nazirliyi yoxladı: Bakıda bir sıra çimərliklərə giriş qadağan olundu (Foto)
-
Son bir həftədə 113 mina və 514 partlamamış hərbi sursat aşkarlanaraq məhv edilib
-
Gündüz Babayev vəfat etdi
-
Bu həftə 3 gün iş olmayacaq
-
Məktəblilər idman meydanlarında güclərini sınadılar - MRİO-da ilk gün - (Foto)
-
Elvin Cəfərquliyev yenidən "Qarabağ"ın əsas heyətində
-
Azərbaycan və Türkmənistan prezidentlərinin iştirakı ilə “Dostlug” tankerinin onlayn formatda hədiyyə olunması mərasimi keçirilib - (Foto)
-
Bakıda 7 günlük hava proqnozu - Ayın 26-dan yağışlar başlayır
-
Otlaqlar kiçilir, arpa tapılmır: Ət bahalaşacaq?
-
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə geniş tərkibdə görüşü olub - (Foto)





