Otlaqlar kiçilir, arpa tapılmır: Ət bahalaşacaq?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda son illərdə həm iribuynuzlu, həm də xırdabuynuzlu heyvanların sayında azalma müşahidə olunur.
Milli.Az xəbər verir ki, statistik məlumatlar göstərir ki, 2025-ci illə müqayisədə iribuynuzlu mal-qaranın sayı 0,9 faiz azalıb. Son on ilin göstəricilərini təhlil etdikdə isə xırdabuynuzlu heyvanların sayında 20-25 faiz, iribuynuzlu heyvanlarda isə 7-8 faiz geriləmə qeydə alındığı görünür.
Mütəxəssislər və fermerlər bu azalmanın əsas səbəbləri kimi yem bazasının zəifləməsini, təbii otlaq sahələrinin daralmasını və keyfiyyətli yem çatışmazlığını göstərirlər. Bununla yanaşı, arpa və ot kimi əsas yem məhsullarının bahalaşması heyvandarlıqla məşğul olan təsərrüfatların xərclərini artırır və fəaliyyətlərini çətinləşdirir.
Fermerlərin sözlərinə görə, bəzi hallarda yemlərə keyfiyyətsiz qatqıların əlavə olunması heyvanların sağlamlığına mənfi təsir göstərərək tələfat hallarının artmasına səbəb olur. Digər mühüm problemlərdən biri isə heyvanların tam inkişaf etmədən və damazlıq potensialı qorunmadan erkən yaşda kəsimə göndərilməsidir ki, bu da sürülərin sayının azalmasına gətirib çıxarır.
Məsələ ilə balı iqtisadçı Xalid Kərimli qeyd edir ki, əhalinin ət məhsullarına tələbatının təxminən 25 faiz artdığı bir şəraitdə mal-qara sayının azalması bazarda qiymətlərin yüksəlməsini qaçılmaz edir.
Milli Məclisin deputatı Aydın Hüseynov isə hesab edir ki, mövcud vəziyyətin yaxşılaşdırılması üçün damazlıq heyvanların qorunması, fermerlərə dövlət dəstəyinin artırılması və kəsim məntəqələrində nəzarətin gücləndirilməsi vacibdir. Onun fikrincə, erkən yaşda və normadan aşağı çəkidə olan heyvanların kəsilməsinin qarşısının alınması heyvandarlıq sektorunun davamlı inkişafına töhfə verə bilər.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
-
Xarici diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunda olublar - (Yenilənib)
-
Birinci sinfə elektron qəbul yenidən aktivləşir
-
Ayın 13-də 33 dərəcə isti olacaq - Proqnoz
-
Hikmət Hacıyev diplomatik korpusun nümayəndələri ilə birlikdə alban kilsələrini ziyarət edib
-
250 mindən çox ailəyə sosial müavinət verilə bilər - Yeni təklif
-
Ələt Avrasiyanın xəritəsini dəyişir: Azərbaycan qlobal logistikanın mərkəzinə çevrilir
XƏBƏR LENTİ
-
34 kiloqrama yaxın narkotik vasitə aşkarlandı
-
Fransada qatar relsdən çıxdı - Çoxlu sayda yaralılar var
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Ağdamda qadın həşərat əleyhinə dərmandan zəhərləndi
-
Azərbaycanda nadir hadisə: Döl uşaqlıq əvəzinə qaraciyərdə inkişaf edib - (Video)
-
Xarici diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunda olublar - (Yenilənib)
-
Faiq Mirzəyev oğluna toy etdi - (Video/Foto)
-
Avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs olundu
-
İtkin düşən 8 nəfər tapıldı
-
Mahir Emrelinin paltardəyişmə otağında çılğın qələbə sevinci - (Video)
-
Türkiyəli aktrisa “Sənə də qalmaz” oxudu - (Video)
-
İranda SEPAH ilə silahlı qrup arasında toqquşma: Ölənlər var
-
Rusiya ordusu Donetskdə yaşayış məntəqəsinə nəzarəti ələ keçirib
-
Birinci sinfə elektron qəbul yenidən aktivləşir
-
Ötən gün 9 odlu silah aşkarlanıb
-
İtaliyalı müdafiəçi "Barselona"ya keçə bilər
-
Çilidə qocalar evində yanğın: Ölənlər var
-
Azərbaycan futbolunda yayın ən bahalı transferləri
-
İranın Türkiyə və İraqa uçuşlarında problem olması təkzib edilib
-
Zelenski G20 sammitində Putinlə görüşməyə hazır olduğunu deyib
-
Şirvanda mağazadan oğurluq edildi - (Video)
-
Ayın 13-də 33 dərəcə isti olacaq - Proqnoz
-
Hər evdə var, amma bu təsirini çoxları bilmir
-
"Qalatasaray" üç futbolçusu ilə yollarını ayıracaq





