Məktəblilər idman meydanlarında güclərini sınadılar - MRİO-da ilk gün - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Elm və Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və müvafiq idman federasiyalarının dəstəyi ilə ölkədə ilk dəfə keçirilən Məktəblilərin Respublika İdman Olimpiadasında (MRİO) yarışlar davam edir.
Milli.Az xəbər verir ki, məktəblilər arasında idmana marağın artırılması, sağlam həyat tərzinin təşviqi və istedadlı idmançıların üzə çıxarılması məqsədi daşıyan olimpiada çərçivəsində ilk yarış günündə taekvondo, sərbəst güləş, ağırlıqqaldırma, badminton, atletika, velosiped, stolüstü tennis və basketbol üzrə yarışlar keçirilib.
Taekvondo yarışlarında 14 idman məktəbini təmsil edən 128 idmançı 19 çəki dərəcəsində mübarizə aparıb. Sərbəst güləş üzrə yarışlarda isə müxtəlif şəhər və rayonlardan 168 idmançı iştirak edib. Ağırlıqqaldırma yarışlarında 44 kq çəki dərəcəsində idmançılar mübarizə aparıb və ilk nəticələr müəyyənləşib. Badminton yarışlarında 7 idman məktəbini təmsil edən 129 idmançı şəxsi, qoşa və qarışıq qoşa kateqoriyalarında mübarizə aparıb.
Atletika üzrə yarışlarda məktəblilər qaçış, estafet, uzunluğa tullanma və topatma növlərində öz bacarıqlarını nümayiş etdiriblər. Velosiped idmanı üzrə yarışlar Bakı Veloparkında dağ velosipedləri ilə 13 km məsafədə keçirilib və iştirakçılar fərdi nəticələr uğrunda mübarizə aparıblar. Stolüstü tennis üzrə yarışlar "Şüa" İdman-Sağlamlıq Mərkəzində start götürüb və iştirakçılar şəxsi, qoşa və qarışıq qoşa kateqoriyalarında çıxış ediblər. Basketbol yarışları isə Bakı İdman Sarayında 2013-2014-cü il təvəllüdlü məktəblilər arasında olimpiya və dairəvi sistem üzrə təşkil olunub.
Yarışların sonunda bütün idman növləri üzrə qaliblər medal, diplom və müxtəlif hədiyyələrlə təltif olunublar.
Qeyd edək ki, Məktəblilərin Respublika İdman Olimpiadası çərçivəsində müxtəlif idman növləri üzrə yarışlar 26 iyun tarixinədək davam edəcək.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Rayon qatarları artıq Dərnəgül stansiyasında da dayanacaq
-
Sahibə Qafarova Əli Xameneinin vida mərasimində iştirak edəcək
-
Müəllimlərin orta aylıq maaşı 1145 manat oldu
-
Rəşad Dağlı həmin cinayətdən danışdı: "Dedi ki, guya seksual azlıqsan"
-
Məktəblilər idman meydanlarında güclərini sınadılar - MRİO-da ilk gün - (Foto)
-
Azərbaycan və Türkmənistan prezidentlərinin iştirakı ilə “Dostlug” tankerinin onlayn formatda hədiyyə olunması mərasimi keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
Rayon qatarları artıq Dərnəgül stansiyasında da dayanacaq
-
Azərbaycan-Türkmənistan sənədləri mübadilə olunub - (Foto)
-
Sahibə Qafarova Əli Xameneinin vida mərasimində iştirak edəcək
-
Böyük Britaniyanın Baş naziri istefa verdi
-
Bakıda 32, rayonlarda 35 dərəcə isti olacaq - Proqnoz
-
Bakıda qardaşıgilə qonaq gələn qız 8-ci mərtəbədən yıxılıb öldü
-
Müəllimlərin orta aylıq maaşı 1145 manat oldu
-
Rəşad Dağlı həmin cinayətdən danışdı: "Dedi ki, guya seksual azlıqsan"
-
Liamın 47 milyonluq mirası kimə qalacaq? - (Foto)
-
Səhiyyə Nazirliyi yoxladı: Bakıda bir sıra çimərliklərə giriş qadağan olundu (Foto)
-
Son bir həftədə 113 mina və 514 partlamamış hərbi sursat aşkarlanaraq məhv edilib
-
Gündüz Babayev vəfat etdi
-
Bu həftə 3 gün iş olmayacaq
-
Məktəblilər idman meydanlarında güclərini sınadılar - MRİO-da ilk gün - (Foto)
-
Elvin Cəfərquliyev yenidən "Qarabağ"ın əsas heyətində
-
Azərbaycan və Türkmənistan prezidentlərinin iştirakı ilə “Dostlug” tankerinin onlayn formatda hədiyyə olunması mərasimi keçirilib - (Foto)
-
Bakıda 7 günlük hava proqnozu - Ayın 26-dan yağışlar başlayır
-
Otlaqlar kiçilir, arpa tapılmır: Ət bahalaşacaq?
-
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə geniş tərkibdə görüşü olub - (Foto)
-
Qara dənizdə Türkiyə gəmisini Rusiya vurubmuş... - (Foto)
-
Zelenski Polşanın ali dövlət mükafatı olan "Ağ qartal" ordenini poçtla niyə geri qaytardı?
-
NİİM-dən piyada vurulması qəzaları ilə bağlı sürücü və piyadalara müraciət - (Video)
-
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə təkbətək görüşü olub
-
Tarixi karvansaraya qanunsuz müdaxilənin qarşısı alınıb - (Foto)





