Cəmiyyət

NİİM-dən piyada vurulması qəzaları ilə bağlı sürücü və piyadalara müraciət - (Video)

22 İyun 2026 11:20
Baxış: 333
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Avtomobil yollarında piyadaların vurulması ilə nəticələnən hadisələr piyada keçidlərinin əhəmiyyətini bir daha gündəmə gətirir.

Milli.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) piyadalara və sürücülərə ünvanladığı müraciətdə bildirib.

Müraciətdə qeyd olunur ki, piyada keçidlərinə məhəl qoymadan yolun hərəkət hissəsindən keçmək ciddi təhlükə yaradır və bu cür davranışlar çox vaxt ağır yol-nəqliyyat hadisələri ilə nəticələnir. Vətəndaşlara yalnız müəyyən olunmuş keçidlərdən istifadə etmələri tövsiyə edilib.

Eyni zamanda sürücülərə də müraciət edilərək vurğulanıb ki, diqqət daim yolda olmalı, sürət həddinə riayət edilməlidir. Bildirilib ki, xüsusilə çoxzolaqlı yollarda ehtiyatsız davranan piyadalarla bağlı risklər daha yüksək olur və bu hallarda vaxtında reaksiya vermək mümkün ola bilər.

Qurum bütün yol hərəkəti iştirakçılarını qaydalara əməl etməyə və təhlükəsizliyi prioritet saymağa çağırıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.