Hadisə, Kriminal

DİN son iki gündə 90 cinayətin üstünü açdı - 71 nəfər saxlanılıb

22 İyun 2026 11:04
Baxış: 280
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən son iki gün ərzində həyata keçirilən əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində onlarla cinayətin üstü açılıb.

DİN-in Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, iyunun 20-21-də ölkə üzrə qeydə alınmış 79 cinayət hadisəsinin, eləcə də əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin edilib.

Hüquq-mühafizə orqanlarının keçirdiyi tədbirlər nəticəsində axtarışda olan ümumilikdə 71 nəfər saxlanılıb. Onlardan 51-i borclu şəxs qismində axtarışda olub və aidiyyəti üzrə təhvil verilib.

Bundan başqa, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 34 fakt aşkarlanıb, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkar edilməsi istiqamətində isə 9 fakt müəyyən olunub.

Hesabat dövründə müxtəlif cinayət əməllərini törətməkdə şübhəli bilinən 83 nəfər də polis əməkdaşları tərəfindən saxlanılıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.