Cəmiyyət

Ağcabədi Pedaqoji Kollecinə yeni direktor və müavin təyin edilib

22 İyun 2026 10:46
Baxış: 369
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində növbəti kadr dəyişiklikləri həyata keçirilib.

Milli.Az xəbər verir ki, Agentliyin müvafiq əmri ilə Ağcabədi Pedaqoji Kollecinin rəhbər vəzifələrinə yeni təyinatlar reallaşdırılıb.

Qərara əsasən, Əhəd Məmmədov Ağcabədi Pedaqoji Kollecinin direktoru vəzifəsinə gətirilib.

Həmçinin Cəlal Bayramov tədris işləri üzrə direktor müavini təyin edilib.

Yeni təyinatların kollecin idarəetmə və tədris fəaliyyətinin daha da təkmilləşdirilməsinə xidmət edəcəyi bildirilir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.