Hadisə, Kriminal

Müəllimlərlə əlbir olaraq 71 min manatlıq mənimsəmə edən məktəb direktoru barəsində cinayət işi başlandı

22 İyun 2026 13:52
Baxış: 427
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Xocavənd rayon Əmirallar kənd tam orta məktəbinin direktoru Mərkəz Hüseynovun büdcədən müəllimlərə ayrılmış külli miqdarda vəsaiti ələ keçirdiyi məlum olub.

Milli.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, Sumqayıtda məskunlaşmış məktəb direktorunun 2023-cü ilədək ümumilikdə 71301 manat vəsaiti mənsimsədiyi müəyyən edilib.

M.Hüseynov barəsində Cinayət Məcəlləsinin 178.3.2 və 313-cü (külli miqdarda mənimsəmə və vəzifə saxtakarlığı) maddələri ilə iş açılıb.

Məlum olub ki, direktor işə çıxmayan müəllimlərin əməkhaqqı kartlarını özündə saxlayıb və onlara ödənilən pulları nağdlaşdıraraq özünə götürüb. Bundan sonra M.Hüseynov evdə təhsilə cəlb edilən müəllimlərə ödənilən vəsaiti də mənimsəyib.

İstintaq müddətində M.Hüseynov büdcəyə vurulmuş zərəri qismən ödəyib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi onu qeyd edilən maddələr üzrə təqsirli bilib. İşdən çıxarılan direktora sınaq müddəti təyin edilməklə şərti cəza verilib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.