"Baku Steel Company" şirkətinin rəhbəri Rasim Məmmədov saxlanılıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, R.Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.
Onun maliyyə maxinasiyası və yeyintidə ittiham edildiyi bildirilir. Onun barəsində yaxın zamanda məhkəmənin həbs qətimkan tədbiri seçməsi gözlənilir.
R.Məmmədov AMEA-nın prezidenti Ramiz Mehdiyevə yaxınlığı ilə tanınıb. O, R.Mehdiyevin oğlu Teymur Mehdiyevlə yaxın dost olub.
Milli.Az