Ramiz Mehdiyevin yaxın adamı saxlanıldı - DTX əməliyyat keçirdi

29 Yanvar 2021 12:55

"Baku Steel Company" şirkətinin rəhbəri Rasim Məmmədov saxlanılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, R.Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.

Onun maliyyə maxinasiyası və yeyintidə ittiham edildiyi bildirilir. Onun barəsində yaxın zamanda məhkəmənin həbs qətimkan tədbiri seçməsi gözlənilir.

R.Məmmədov AMEA-nın prezidenti Ramiz Mehdiyevə yaxınlığı ilə tanınıb. O, R.Mehdiyevin oğlu Teymur Mehdiyevlə yaxın dost olub.

Milli.Az