Samux Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Milli.Az-a verilən məlumata görə, sentyabrın 16-da Samux RPŞ-nin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini Taryel Bayramov əmisinə məxsus rayonun Nəbiağalı kəndində yerləşən fərdi yaşayış evində narkotik xassəli çətənə - Kannabis bitkilərinə qulluq edən zaman saxlanılıb.
Polis əməkdaşları tərəfindən həyətyanı sahədən 14 ədəd ümumi çəkisi 95 kq 900 qram olan narkotik xassəli çətənə kolu və 1 kq 250 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Götürülən maddi sübutlar bioloji ekspertizaya təqdim olunub. Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını özü şəxsi istifadə məqsədi ilə becərdiyini bildirib.
Milli.Az
 PUL
PUL 
                
                             
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                        .jpg) 
                         
                        .png) 
                         
                         
                        




 
        
                 
                     
                     
                     
                     Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində.
 Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində. Bizi "Telegram"da izləyin.
 Bizi "Telegram"da izləyin. Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
 Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
 
                     
                    .jpg) 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    .jpg) 
                     
                     
                    .jpg) 
                     
                    .jpg) 
                     
                    .jpg) 
                     
                     
                     
                     
                    .jpg) 
                     
                     
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                        