Kriminal

"Tik-tok"-da "Maya" və "Banu" adları ilə qeydiyyatdan keçən şəxslər saxlanılıblar - VİDEO

22 İyul 2020 20:30
Baxış: 4 512
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Tik-tok" sosial şəbəkəsində müxtəlif profillər açaraq narkotik vasitələrin qəbulunu təbliq edən videolar yayan və buna görə guya polis əməkdaşlarının onları cəzalandırmadığını bildirən şəxslər saxlanılıblar.

Milli.Az bildirir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi, Səbail RPİ-nin 39-cu və Nərimanov RPİ-nin 17-ci Polis Bölmələrinin əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslər - sosial şəbəkələrdə "Maya" və "Banu" adları ilə qeydiyyatdan keçən Murad Kərimov və Həbib Şahniyarov saxlanılıblar. Həmin şəxslər ifadələrində qeyd edilən sosial şəbəkədə narkotik vasitələrin qəbulunu təbliğ etdiklərini etiraf ediblər.

Murad Kərimov və Həbib Şahniyarov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə tədbir görülüb və onlar inzibati qaydada cəzalandırılıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.