Kriminal

Azərbaycanda idman meydançasında öldürülən tələbənin FOTOsu

20 May 2020 15:57
4 Şərh     Baxış: 3 333
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

1 həftə əvvəl Zaqatala rayonunda həmkəndlisi tərəfindən qətlə yetirilən 18 yaşlı İlyas İlyasovun fotosu yayılıb.

Milli.Az xəbər verir ki, Mosul kəndi ərazisindəki idman meydançasında kənd sakinləri olan 16 yaşlı Əli Arzuman oğlu Əliməmmədov tərəfindən bıçaqlanaraq öldürülən 18 yaşlı İlyas Teymur oğlu İlyasov Tiflisdə ali təhsil alırmış. O, dərs prosesinin dayandırılmasından sonra Zaqatalaya qayıdıbmış. Kənddəki idman meydançasında olarkən İlyasla orta məktəbin 10-cu sinif şagirdi olan Əli arasında mübahisə yaranıb. Bu zaman söyüşə görə dava daha da qızışıb. Dava zamanı Əli Əliməmmədov üzərində olan bıçaqla İlyas İlyasovu bıçaqlayıb. Ağır bıçaq xəsarətləri alan İlyas İlyasov hadisə yerində ölüb. Meyit müayinə edilməsi üçün məhkəmə-tibb ekspertizasına təhvil verilib.

Faktla bağlı cinayət işi açılıb, qətli trədən gənc tutulub. Öldürülən tələbənin fotosunu təqdim edirik. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.