Hadisə

Bakıda "Bolt" sürücüsü sifarişi ləğv edib sərnişini döydü

21 Noyabr 2025 14:00
Baxış: 128
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda Nizami rayonu, "Neftçilər" metrostansiyası yaxınlığındakı "Makler" bağında taksi sürücüsü sərnişinə xəsarət yetirib.

Milli.Az lent.az-a istinadla xəbər verir ki, hadisə gecə saat 1 radələrində baş verib.

Paytaxt sakini "Bolt" tətbiqi vasitəsilə taksi sifariş edib. Sifarişi 26 yaşlı Ümid Məmmədov qəbul etsə də, avtomobildə nasazlıq yarandığını görərək sifarişi ləğv edib. Sərnişin sürücünü söyərək təhqir edib. Təhqirlərdən hiddətlənən sürücü sərnişinin sifət və başına yumruq zərbələri endirərək ona xəsarətlər yetirib.

Hadisədən sonra Ümid Məmmədov polis tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi (qəsdən sağlamlığa yüngül zərərvurma) ilə cinayət işi açılıb.

Təqsirləndirilən şəxs ifadəsində zərərçəkənlə barışdıqlarını və qarşı tərəfin şikayətçi olmadığını bildirib, cinayət işinə xitam verilməsini istəyib. Nizami rayon Məhkəməsi qərar çıxararaq cinayət işinə xitam verib və Ümid Məmmədov məsuliyyətdən azad olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.