Kriminal

Karantin rejimini pozan 15 nəfər həbs edilib - FOTO

17 Aprel 2020 23:55
0 Şərh     Baxış: 2 642
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şəmkir rayonunda karantin rejimini pozan 15 nəfər həbs edilib, 1 nəfər sərxoş sürücü saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Milli.Az-a verilən məlumata görə, aprelin 17-də keçirilən reyd zamanı xüsusi karantin rejimindən başqa sərxoş halda avtomobil idarəetmə, konstruktiv dəyişiklik və digər qanun pozan sürücülər də aşkar edilib ki, onlar barəsində də qanunamüvafiq tədbir görülüb.

Şəmkir RPŞ əməkdaşları tərəfindən rayon ərazisində mütəmadi olaraq keçirilən reydlər zamanı xüsusi karantin rejiminin tələblərini pozan 1038 vətəndaş barəsində müvafiq qanunlara uyğun olaraq barələrində tədbir görülüb.

Onlardan 15 nəfər barəsində rayon məhkəməsinin qərarı ilə İnzibati həbs seçilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.