Kriminal

Bakıda gənc oğlandan sevgilisinə qarşı dəhşətli əməl - TƏFƏRRÜAT

14 Mart 2020 15:34
1 Şərh     Baxış: 5 133
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakıda sevgilisini qətlə yetirməkdə təqsirləndirilən Sərxan Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Eldar İsmayılovun icraatına verilib.

Yaxın günlərdə bu iş üzrə məhkəmə prosesi başlanacaq.

Qeyd edək ki, hadisə ötən il noyabrın 28-i saat 23 radələrində Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsində baş verib.

1996-cı il təvəllüdlü Sərxan Məmmədov "Bilyard" çay evinin qarşısında qeyri-rəsmi münasibətdə olduğu 1989-cu il təvəllüdlü Pərvanə İsmayılovanı qısqanclıq zəminində 5 bıçaq zərbəsi vurub.

Pərvin İsmayılova aldığı bıçaq zərbələri nəticəsində ölüb.

İstintaq orqanı tərəfindən Sərxan Məmmədovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.