Kriminal

Bakıda sabiq icra başçısının oğlu arvadını bıçaqladı

3 Fevral 2020 23:28
9 Şərh     Baxış: 11 283
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Hüseyn Cavid prospektində baş verib.

Hüseyn Cavid parkının yaxınlığında 1982-ci il təvəllüdlü Bəhmənova Dilarə Faiq qızı bədən və boğazından bıçaq xəsarətləri alıb.

Yaralı təcili xəstəxanın reanimasiya şöbəsinə yerləşdirilib.

Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları hadisə yerinə cəlb edilib. Məlum olub ki, D.Bəhmənova keçmiş həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Qeyd edək ki, D.Bəhmənovanın keçmiş yoldaşı Şuşa şəhər icra hakimiyyətinin sabiq icra başçısı Nizami Bəhmənovun oğludur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.