Kriminal

Rusiyada barda silahlı insident: Azərbaycanlı axtarışa verildi

6 Yanvar 2020 09:10
0 Şərh     Baxış: 2 131
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Ussuriysk şəhərindəki məşhur barlardan birində silahlı insident baş verib. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində 19 yaşlı oğlan ürəyindən güllələnib. 

Məlumatlara görə, onu güllələyən şəxs 18 yaşlı azərbaycanlıdır. 

Tərəflər arasında mübahisə barın daxilində başlayıb. Daha sonra gənclər mübahisəni küçədə davam etmək qərarına gəliblər. Bu zaman azərbaycanlı üzərindəki travmatik silahı çıxararaq, rəqibinə bir neçə dəfə atəş açıb və hadisə yerindən qaçıb. Hazırda həmin şəxsin axtarışları davam edir. 

Məlumdur ki, oğurluq etdiyinə görə əvvəllər məhkum olunmuş şəxs "Toyota Camry" avtomobili ilə hadisə yerindən uzaqlaşıb. 

Faktla bağlı cinayət işi başlanıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.