Kriminal

Azərbaycanda DƏHŞƏTLİ OLAY: Oğul evi yandırdı, ata onu qətlə yetirdi - FOTO

1 Yanvar 2020 17:40
3 Şərh     Baxış: 4 322
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Göygöl rayonunda qətl hadisəsi qeydə alınıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Nadel kəndində baş verib.

1950-ci il təvəllüdlü Bayramov Yaşar Qəmbər oğlu övladı 1978-ci il təvəllüdlü Mahir Bayramovu qətlə yetirib.

İlkin məlumata əsasən, ata ilə oğul arasında uzun müddət ev problemi olub. Hadisə də 41 yaşlı oğulun mübahisəyə səbəb olan evi yandırmasından sonra baş verib. Övladının bu əməlinə əsəbiləşən ata onu ov tüfəngi ilə qətlə yetirib.

Hadisə yerinə Göygöl rayon Prokurorluğu və Polis Şöbəsinin əməkdaşları cəlb olunub.

Qətli törədən Yaşar Bayramov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.