Kriminal

Abşeronda əmisini öldürüb evini yandıran şəxsə ağır cəza verildi

16 Dekabr 2019 20:34
0 Şərh     Baxış: 1 256
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı Ağır Cinayətlər Məhkəməsində əmisini öldürüb izi itirmək üçün evini yandıran Məzahir Şıxməmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub. 

Hökmə əsasən, M.Şıxməmmədov 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il martın 8-də "Gənclər Şəhərciyi" yaşayış kompleksi, giriş 76, ev 11 ünvanında baş verib. Həmin mənzildə çarpayıda yanmış kişi meyiti aşkarlanıb.

Abşeron Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı müəyyən olunub ki, yanğın zamanı ölən Şıxməmmədov Namiq Kamal oğlunun sifət nahiyysində sınıq xəsarətləri var.

Araşdırmalarla bu hadisəni mərhumun qardaşı oğlu, 1996-cı il təvəllüdlü Şıxməmmədov Məzahir Ehtiram oğlunun törətdiyi və izi itirmək məqsədilə mənzilə od vurduğu məlum olub.

Hadisəni törədən şəxs yaşadığı Sumqayıt şəhər, 17-ci mikrorayon, ev 18, mənzil 38 ünvanında saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə gətirilib.

Saxlanılan şəxs dəhşətli cinayəti spirtli içki qəbul etdikdən sonra törətdiyini etiraf edib.

Məzahir Şıxməmmədov əmisi ilə aralarında münaqişə olduğunu deyib:

"Aramızda dəfələrlə münaqişə olub, nalayiq ifadələr işlədib, üstümə bıçaq çıxarıb. Bir dəfə keçmişəm, iki dəfə keçmişəm. Amma sonuncu dəfə dözmədim. Əslində, öldürmək planım olmayıb".

O, əmisini ölümcül döydüyünü də bildirib:

"Əvvəlcə 5-6 yumruq vurdum. Sonra isə üzünə və başına butulka ilə zərbə endirdim. Mənzili yandırıb oradan uzaqlaşdım".

Ona Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.