Kriminal

Moskvada azərbaycanlı keçmiş arvadını uşağının gözü qabağında bıçaqladı - VİDEO

26 Noyabr 2019 09:43
6 Şərh     Baxış: 3 590
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Moskva рolisi bıçaqlanma hadisəsinə görə 27 yaşlı azərbaycanlını axtarışa verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisənin videosunu "Mash" teleqram kanalı yayıb.

Kadrlardan göründüyü kimi, kişi qadınla və uşaqla danışır, sonra isə qadına bıçaq zərbələri endirib ərazidən yayınır.

Bildirilir ki, Qurban adlı şəxs Aynur adlı keçmiş həyat yoldaşını təqib edib. Bir il qabaq qadın рolisə müraciət edərək keçmiş ərinin onu döydüyünü bildirmişdir, lakin o zaman kişini sərbəst buraxıblar. Bu dəfə isə hücum xəstəxana ilə yekunlaşdı.

Aynur artıq cərrahiyyə əməliyyatından keçib, vəziyyəti ağırdır. Uşaq nənəsinin himayəsindədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.